Kürdəmir RMİ-nin nəşr etdiyi kitablar Bakıda festivalda təqdim olundu

 

Xəbər verdiyimiz kimi, 5-11 iyun tarixlərində paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda II Türk Dünyası Ədəbiyyat Kitab Festivalı keçirilir.

Festival çərçivəsində iyunun 5-də Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) nəşr etdiyiNizami Gəncəvinin əsərlərinin el variantları”, “Nizami Gəncəvinin poetik portreti”, “Yeni bir səhərZəfərin Amilikitablarının təqdimatı keçirildi.

Nizami Gəncəvinin əsərlərinin el variantlarıkitabının tərtibçisi, redaktoru izahların müəllifi Fərid Hüseyn qeyd etdi ki, nəşrdə mütəfəkkir şairin əsərlərinin folklorda, nağıllarda, dastanlarda özünə həyat qazanmış süjetləri toplanıb. Kitabda sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan əsərlər, folklor nümunələri ilk dəfə sistemli şəkildə bir araya gətirilib.

Nizami Gəncəvinin poetik portretikitabı haqqında tərtibçi redaktoru, yazar Ramil Əhməd məlumat verdi. Bildirdi ki, kitab XX-XXI əsrlərdə Nizamiyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədilə hazırlanıb. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet jurnal səhifələrindən toplanaraq ilk dəfə sistemli şəkildə təqdim edilir. Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsiri, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi varislik baxımından böyük əhəmiyyət kəsb edir.

“Yeni bir səhərkitabının müəllifi Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbinin müəllimi Aygün Bayramlıdır. O qeyd etdi ki, “Şuşa İli”nə ithaf olunan kitab şeirlər toplusudur. Nəşrdə şeirlərZəfər yolu”, “Səni gözləyirəm “Bu gün yeni bir səhərbaşlıqları altında verilib.

Zəfərin Amilikitabı 44 günlük Vətən müharibəsinin şəhid çavuşu Amil Hüseynova Şuşa İli”nə həsr olunub. Müəllifi şəhidin həyat yoldaşı, Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xalisə Məmmədovadır. O, kitabın ərsəyə gəlməsindən danışdı. Kitab müharibədə yaşananların bir qadının həyatında nələri dəyişdiyini anladr.

Sonda AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək müəlliflərə təşəkkürünü bildirdi, onlara hədiyyələr təqdim etdi.

Qeyd edək ki, “Nizami Gəncəvinin əsərlərinin el variantları”, “Nizami Gəncəvinin poetik portretikitabları 2021-ci ildə, “Yeni bir səhər”, “Zəfərin Amilikitabları isə 2022-ci ildə işıq üzü görüb. Nəşrlərin layihə rəhbəri ön sözlərinin müəllifi Kürdəmir RMİ-nin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlıdır.

 

N.Məmmədli

Mədəniyyət.- 2023.- 7 iyun.- S.4.