Dünya sizinlə gözəldir!

 

Beynəlxalq Uşaqların Müdafiəsi Günü (1 iyun) bölgələrdə rəngarəng tədbirlərlə qeyd olunub.

Tərtər Olimpiya İdman KompleksindəUşaqlar bizim gələcəyimizdir!” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil İdarəsi Bərdə RMİ-nin birgə təşkilatçılığı ilə keçirilən festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər məktəbdənkənar müəssisələrin uşaqları iştirak ediblər. Onlar rəqs musiqi nömrələri ifa edib, şeirlər söyləyib, fləşmoblar göstəriblər. Festivalda fəal iştirak edən kollektivlərə təşəkkürnamələr təqdim olunub.

***Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə Xırdalan şəhər Heydər Əliyev adına mədəniyyət istirahət parkında keçirilən festivalda Abşeron rayon uşaq incəsənət, ümumtəhsil məktəblərinin məktəbəqədər tədris ocaqları kollektivlərinin ifasında bir-birindən maraqlı çıxışlar təqdim olunub.

***

Şəki RMİ-nin təşkilatçılığı Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bəxtiyar Vahabzadə adına istirahət mədəniyyət parkındaHər birimiz bir çiçəkadlı konsert keçirilib. Şəhər Uşaq incəsənət məktəbi ümumtəhsil məktəblərinin şagirdləri mahnı rəqslərlə tamaşaçıların könlünü oxşayıblar.

Zaqatala rayon Mədəniyyət Mərkəzində Zaqatala rayon Xalq teatrı tərəfindən şəhid qazi övladları üçün “3 dəcəl keçi balasıadlı nağıl-tamaşa nümayiş olunub

***

Masallı Dövlət Rəsm Qalereyası rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı iləHəyatımızın bənövşələriadlı tədbir keçirilib. Uşaqlar şeirlər söyləyib, əyləncəli oyunlar oynayıb, rəqs ediblər. Şagirdlərin muzey qalereyaya ekskursiyası təşkil olunub.

***

Goranboy Dövlət Rəsm Qalereyası əlamətdar gün münasibətilə keçirilən ümumrayon tədbirində uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edib.

***

Ağcabədi şəhərindəki Heydər Əliyev adına mədəniyyət istirahət parkında keçirilən festivalda isə Ağcabədi RMİ-nin tabeliyində olan musiqi məktəbləri tərəfindən konsert proqramı təqdim olunub.

***

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad RMİ Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin şagird müəllim heyətinin ifasında musiqilər səsləndirilib. Tədbir müxtəlif cizgi film personajlarının uşaqları əyləndirən rəngarəng çıxışları ilə başa çatıb.

***

Ağdaş rayon Mədəniyyət Mərkəzinin uşaqların bayramı münasibətilə təşkil etdiyi tədbirdə rəsm dərnəyi üzvlərinin əsərlərindən ibarət sərgi nümayiş olunub. Sonra uşaqların ifasında şeirlər səsləndirilib, mahnı rəqs nömrələri təqdim edilib.

***

Ağstafa rayon Mədəniyyət MərkəzindəDünya sizinlə gözəldir!” adlı tədbir keçirilib. TədbirdəGöyçək Fatma” tamaşası nümayiş etdirilib. Ağstafa Mədəniyyət Mərkəzinin əməkdaşları Ağstafa Gənclər evinin gənc könüllülərinin rol aldığı tamaşa maraqla izlənilib.

 

Mədəniyyət.- 2023.- 7 iyun.- S.4.