Azərbaycan sevgisi...”

 

BölgələrdəHeydər Əliyev İlitədbirləri davam edir...

 

İmişli rayon Heydər Əliyev MərkəzindəHeydər Əliyev Azərbaycan mədəniyyətiadlı sərgi təşkil edilib. Ümummilli liderin 100 illiyi münasibətilə açılan sərgidə Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunub.

Füzuli rayon Mədəniyyət evinin təşkilatçılığı iləAzərbaycan sevgisi...” adlı konsert proqramı keçirilib. İncəsənət ustalarının çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

***

Ağsu rayon Mədəniyyət Mərkəzi rayon A.Cəbiyev adına Bico kənd tam orta məktəbinin birgə təşkilatçılığı iləHeydər Əliyev müasir, müstəqil Azərbaycanadlı konsert proqramı keçirilib. MərkəzinQönçəxalq çalğı alətləri ansamblı solistlərinin ifalarında səsləndirilən bir-birindən rəngarəng mahnılar, məktəblilərin şeir kompozisiyaları rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş V, VI, VII sinif şagirdləri arasında musiqi ədəbiyyatı fənnindən bilik yarışması keçirilib. Qalib komanda üzvlərinə diplomlar, digər iştirakçılara tərifnamələr verilib.

***

Gəncə Dövlət Rəsm Qalereyasının təşkilatçılığı iləTarix yaradan insanadlı tədbir keçirilib. Fikrət Əmirov adına Gəncə Dövlət FilarmoniyasınınGöygölMahnı Rəqs Ansamblı, Gəncə şəhər Uşaq incəsənət məktəbi vokal sinfinin şagirdləri musiqili proqramla çıxış ediblər. Proqramda xalq bəstəkar mahnıları, eləcə Ulu öndərin çox sevdiyiKüçələrə su səpmişəmAlagözmahnıları ifa olunub.

***

Göygöl rayon Xaqani kənd Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə rayon Heydər Əliyev MərkəzindəƏbədi lideradlı konsert proqramı keçirilib. Məktəbin şagird müəllim kollektivi tərəfindən müxtəlif janrlarda musiqilər səsləndirilib.

***

Biləsuvar şəhər O.Əkbərov adına Uşaq incəsənət məktəbi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə N.Gəncəvi adına 1 saylı tam orta məktəbdə konsert proqramı ilə çıxış edib.

***

Lənkəran RMİ Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli Musiqi məktəbinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Ulu öndərin həyat yolu siyasi fəaliyyəti haqqında məlumat verilib, videoçarxlar nümayiş etdirilib. Sonra məktəbin şagird müəllim kollektivi tərəfindən konsert proqramı təqdim olunu.

***

Saatlı rayon Mədəniyyət Mərkəzi Saatlı şəhər Bülbül adına Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı iləBöyük ömrün anlarıadlı intellektual yarış keçirilib. 6 komandanın iştirak etdiyi yarışda qalib komanda diplomla mükafatlandırılıb.

***

Qazax Tarix-Diyarşünaslıq Muzeyi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Çıxış edənlər həmkarlar təşkilatlarının inkişafında Heydər Əliyevin xidmətlərindən danışıblar.

 

Mədəniyyət.- 2023.- 7 iyun.- S.4.