Sizə yadigar qalsın...”

Şəhid rəssamın əsərlərindən ibarət sərgi

 

Sumqayıt Dövlət Rəsm Qalereyası Nəfəsİctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi, rəssam Rauf Məhərrəm oğlu İbadovun əsərlərindən ibarətSizə yadigar qalsın...” adlı sərgi keçirilib.

Tədbirdə şəhid rəssam haqqında məlumat verilib. Bildirilib ki, R.İbadov 1996-cı il mayın 4-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq İnşaat Universitetində İnşaat texnologiyası fakültəsində təhsil alıb. 2017-2018-ci illərdə N saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin iyul ayındakı Tovuz döyüşləri zamanı könüllü olaraq hərbi xidmətə yazılıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində döyüşüb. Oktyabrın 23-də Laçın rayonu ərazisində mühasirəyə düşdükləri zaman bir neçə düşməni məhv edib qəhrəmancasına şəhid olub.

Saray qəsəbəsində torpağa tapşırılıb. Ölkə başçısının sərəncamları ilə ölümündən sonraVətən uğrunda”, “Cəbrayılın azad olunmasına görəFüzulinin azad olunmasına görəmedalları ilə təltif edilib.

Tədbirdə Xalq artisti Gülyanaq Məmmədovanın ifasında R.İbadovun xatirəsinə ithaf edilmişQəhrəmanlıq dastanı...” adlı klip (söz: Baba Vəziroğlu; musiqi: Sevinc Tofiqqızı) nümayiş olunub.

Rəssam Tofiq Əhmədovun çəkdiyi R.İbadovun portreti şəhidin valideynlərinə təqdim olunub.

Sonda qonaqlar şəhid rəssamın 44 əsərinin yer aldığı sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2023.- 9 iyun.- S.4.