Soydaşımız KazandaDünya mirvarisiyarışmasının qalibi olub

 

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmişDünya mirvarisi-2023” beynəlxalq gözəllik istedad müsabiqəsinin qalibi azərbaycanlı Kamilə Ələsgərova olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “SəidaşMədəniyyət Mərkəzində keçirilən yarışmanın finalında 14 ölkə təmsil olunub. Final iştirakçıları milli mətbəx təamı ilə bağlı videotəqdimat edib, intellektual müsabiqəyə dəfiləyə qatılıblar.

Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətiregional ictimai təşkilatı  gənclər bölməsinin sədri Kamilə ƏləsgərovaŞah-plov”un hazırlanmasından danışıb Şalaxomilli rəqsini məharətlə ifa edib. Rəqs nömrəsində onaUlduzlar bürcüteatrının aktyorları QafqazStylerəqs ansamblı dəstək göstərib.

Müsabiqənin birincisi olan Kamilə Ələsgərova səsvermənin nəticələrinə görə, “Miss artistizm “Miss tamaşaçı rəğbətiadlarını da qazanıb.

 

Mədəniyyət.- 2023.- 9 iyun.- S.3.