ADMİU-da növbətiPillə

 

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə 5-9 iyun tarixlərindəPillə 2” Tələbə Tamaşaları Festivalı keçiriləcək.

Festivalın proqramına ADMİU-da aktyor rejissor sənəti ixtisası üzrə təhsil alan tələbələrin tamaşaları ilə yanaşı, Bakı Dövlət Universiteti tələbələrinin hazırladığıYarımçıq qalmıştamaşası da daxildir.

Qaliblər peşəkar teatrşünasların, tənqidçilərin münsifliyi ilə müəyyənləşəcək. “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın roluGənc ekspertlərin mükafatınominasiyaları üzrə mükafatlar təqdim olunacaq.

Festival tamaşalarının müzakirəsinə tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu da cəlb olunub. Festival haqqında ən yaxşı məqalə müəllifi olan tələbə universitet tərəfindən mükafatlandırılacaq.

Artıq ənənə halını alan festival tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması teatr tədrisi prosesinin aktivləşdirilməsi məqsədi daşıyır.

 

Mədəniyyət.- 2023.- 9 iyun.- S.7.