Elçinin pyesi Bişkekdə tamaşaya qoyulub

 

Xalq yazıçısı ElçininQatilpyesi Bişkekdə tamaşaya qoyulub. İyunun 16-17-də Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Milli Rus Dram Teatrının səhnəsində əsər əsasında hazırlanan ikipərdəli dram təqdim olunacaq.

Yerli medianın yaydığı məlumata görə, tamaşanın quruluşçu rejissoru Nurlan Abdıkadırov, quruluşçu rəssamı Kaliya Tolomuşeva, xoreoqrafı Yevgeni Prokopenkodur.

 

Mədəniyyət.- 2023.- 9 iyun.- S.8.