Azərbaycan İsrail fotoqraflarının gözü ilə

 

Azərbaycan Turizm Bürosunun İsrailin Təl-Əviv şəhərindəki nümayəndəliyinin ofisindəAzərbaycan İsrail fotoqraflarının gözü iləadlı fotosərginin açılışı olub.

Sərgidə Azərbaycana səyahət edən İsrail fotoqraflarının əsərləri nümayiş olunub. Tanınmış fotoqraf Viktor Zislinin iştirak etdiyi səfər zamanı çəkilmiş fotolardan 20-si sərgidə yer alıb. Onlar Bakı Azərbaycanın digər regionlarının mənzərələrini, təbiətini, tarixi müasir memarlıq abidələrini əks etdirir.

Viktor Zislin digər fotoqraflar öz çıxışlarında şəkillərin çəkildiyi məkanlar haqqında məlumat verərək təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, “Azərbaycan İsrail fotoqraflarının gözü iləadlı fotosərgi iyunun 29-dək Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərində, Herbert Samuel 10 ünvanında yerləşən nümayəndəlik ofisində ictimaiyyətin ziyarətinə açıq olacaq.

 

Mədəniyyət.- 2023.- 9 iyun.- S.3.