Akademik Milli Dram Teatrının kollektivi Siyavuş Aslanın xatirəsini anıb

İyun ayında Xalq artisti, görkəmli sənətkar Siyavuş Aslanın (1935-2013) vəfatının 10 ili tamam olur. Zəngin yaradıcılıq yolu olan korifey aktyor sənət həyatının son illərində çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında unudulmur, daim xoş xatirələrlə yad edilir.

Akademik Milli Dram Teatrının rəhbərliyi kollektivi II Fəxri xiyabanda Xalq artisti Siyavuş Aslanın, Yasamal qəbiristanlığında isə sənətkarın bu yaxınlarda dünyasını dəyişən oğlu Çingiz Aslanın məzarlarını ziyarət edib.

Teatrın bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı Əli Nur çıxış edərək Siyavuş Aslanın həyatı, səhnə fəaliyyəti, Azərbaycan teatrının inkişafındakı rolu haqqında danışıblar.

 

Mədəniyyət.- 2023.- 9 iyun.- S.2.