Türk Dünyası Ədəbiyyat Kitab Festivalı davam edir

 

Xəbər verdiyimiz kimi, 5-11 iyun tarixlərində paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda II Türk Dünyası Ədəbiyyat Kitab Festivalı keçirilir.

Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti Türk dünyası təşkilatlarının dəstəyi ilə gerçəkləşir.

Festivalda 50-dən çox nəşriyyat, 30-a yaxın xarici ölkə nümayəndəsi iştirak edir, həmçinin müxtəlif sahələrə dair nəşrlər, eləcə rəngkarlıq qrafika sənəti üzrə əl işləri təqdim olunur.

Festival çərçivəsində elmi konfranslar, şeir saatları, imza günləri təşkil edilir, filmlər nümayiş olunur. Tədbirlər hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan Macarıstan) adlandırılır.

Festival çərçivəsində iyunun 8-də (Türkiyə günü) bir sıra tədbirlər keçirilib. Günün birinci yarısında Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Füzuli rayon Aybasanlı kənd Uşaq musiqi məktəbinin xanəndə ixtisası üzrə II sinif şagirdi Qumru Abdullayeva, Füzuli rayon uşaq musiqi incəsənət məktəblərinin birləşmiş xoru, Füzuli şəhər 2 nömrəli Uşaq incəsənət məktəbinin rəqs kollektivi s. musiqili proqramla çıxış ediblər.

Daha sonra Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoyun (1873-1936) 150, görkəmli ədəbiyyatşünas-alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin (1908-1978) 115, görkəmli nasir, kinodramaturq, tərcüməçi, Xalq yazıçısı Ənvər Məmmədxanlının (1913-1990) 110 illik yubileyləri münasibətilə tədbirlər keçirilib.

Günün ikinci yarısında tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli tərəfindənUstad sözüadlı ustad dərsi türkiyəli yazıçı Sinan Yağmurun oxucularla görüşü təşkil edilib.

Günün sonunda isəQarışqaadlı türk filmi nümayiş olunub.

Qeyd edək ki, festival çərçivəsində iyunun 9-da (Qırğızıstan günü) Türk dünyasının görkəmli ədibi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun (1928-2008) 95 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Festival iyunun 11-də başa çatacaq.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 9 iyun.- S.1;2.