Naxçıvan teatrındaXilaskartamaşasının premyerası

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında yazıçı-dramaturq Aqşin BabayevinXilaskarəsəri əsasında eyniadlı tamaşanın premyerası olub. Səhnə əsəri Naxçıvan Muxtar Respublikası Mədəniyyət NazirliyininHeydər Əliyev İlimünasibətilə təsdiq etdiyi Tədbirlər planına əsasən hazırlanıb.

Tamaşaya Xalq artisti Kamran Quliyev quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov, ikinci rejissoru Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Xilaskartamaşası 30 il əvvəl Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin səhnə həllidir. Sənədli-publisistik dram janrında ərsəyə gətirilən tamaşada 90-cı illərin acı reallıqları, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın Ulu öndər Heydər Əliyev tərəfindən xilası tarixi faktların işığında təqdim olunur.

Heydər Əliyev obrazını Xalq artisti Rza Xudiyevin canlandırdığı tamaşada Xalq artisti Həsən Ağasoy, Əməkdar artistlər Əbülfəz İmanov, Behruz Haxverdiyev, Nazlı Hüseynquliyeva, Səməd Canbaxşiyev, Günay Qurbanova başqaları rol alıb.

 

Mədəniyyət .- 2023.- 14 iyun.- S.4.