Musiqili səyahət

Müxtəlif dövr nəsillərin yaradıcılıq nümunələri

 

Beynəlxalq Muğam Mərkəzində iyunun 9-da “Musical journey” (“Musiqili səhayət”) adlı konsert proqramı təqdim edilib.

Klassik musiqi gecəsində  pianoçu bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleyta ifaçısı Nərgiz Əliyeva violin ifaçısı Renata Abubəkirova səhnədə solo, duet triolar ifa ediblər.

Tamaşaçılar İ.S.Bax, D.Skarlattinin əsərləri ilə yanaşı, müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərlərini dinləyiblər. Proqrama həmçinin Zərif Kərimova Ülviyyə Kazımovanın öz əsərləri daxil edilib.

Müxtəlif dövrlər müxtəlif nəsillərin yaradıcılıq nümunələrinə müraciət olunan konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.

 

Lalə

Mədəniyyət.- 2023.- 14 iyun.- S.5.