Gəncədə teatrların fəaliyyəti ilə tanışlıq

 

Nazir Adil Kərimli Gəncə şəhərinə səfəri zamanı Gəncə Dövlət Dram Teatrının köhnə yeni binaları ilə tanış olub.

Bildirilib ki, teatrın köhnə binası XIX əsrin sonlarında Gəncədə alman Forrer qardaşları tərəfindən inşa edilən şərab anbarı olub. XX əsrin əvvəllərindəAlman dərnəyibinası kimi istifadə olunub. 1932-ci ildə tikilidə aparılan yenidənqurma işlərindən sonra teatr binası kimi istismara verilib.

Şəhərin M.M.Abbaszadə küçəsindəki bu binada fəaliyyət göstərən Gəncə Dövlət Dram Teatrında ötən illərdə yüzlərlə tamaşa hazırlanıb. Teatr 20-dək yerli beynəlxalq festivalda iştirak edib.

2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı teatrın yeni binasının təməlqoyma mərasimi keçirilib. 2022-ci il yanvarın 31-də dövlət başçısının iştirakı ilə Gəncə Dövlət Dram Teatrının yeni binasının açılış mərasimi olub. Ümumi sahəsi 18654 kvadratmetr olan binanın bir hissəsi 5, digər hissəsi 7 mərtəbəlidir. 464 nəfərlik böyük, 100 nəfərlik kiçik tamaşa zalları var. Yaradıcı texniki heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Səsyazma otağı, rəssam emalatxanası, geyim xarrat atelyesi müasir texnologiyalarla təchiz edilib.

Yeni binada fəaliyyətə başlayandan sonra teatrın səhnəsində yeddi tamaşa hazırlanıb.

Bu gün teatrda 3 nəfər Xalq artisti, 8 nəfər Əməkdar artist digər aktyor heyəti fəaliyyət göstərir.

***

Daha sonra Gəncə Dövlət Kukla Teatrına gələn nazir yaradıcı kollektivlə görüşüb, teatrın tarixi bina haqqında məlumat alıb. Bildirilib ki, tarix-memarlıq abidəsi olan bina 1885-ci ildə alman icması tərəfindən lüteran kilsəsi kimi inşa edilib.

Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli əmrinə əsasən yaradılıb həmin vaxtdan bina teatrın sərəncamına verilib.

Ötən dövr ərzində teatrda 150-yə yaxın kukla tamaşası hazırlanıb. Kollektiv bir sıra beynəlxalq festivallarda uğurla iştirak edib.

 

Mədəniyyət.- 2023.- 14 iyun.- S.4.