Əbədiyyət dastanıtürkmən dilində

 

Xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi poemalardan ibarətƏbədiyyət dastanıkitabı Azərbaycanın Türkmənistandakı Səfirliyinin dəstəyi ilə türkmən dilinə çevrilərək nəşr edilib.

15 İyunMilli Qurtuluş Günündə səfirlikdəƏbədiyyət dastanı” (“Ebedilik dessany”) kitabının təqdimatı keçirilib.

Səfir Həsən Zeynalov bildirib ki, böyük şəxsiyyətlər, onların xalq qarşısında xidmətləri haqqında geniş ictimaiyyətin məlumatlandırılmasının ən yaxşı üsullarından biri bədii əsərdir. Kitabda Xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyiBöyük ömrün dastanıBöyük ömrün davamıpoemaları yer alıb.

Qeyd olunub ki, nəşr Türkmənistanın Mərkəzi Kitabxanası vasitəsilə ölkənin kitabxanalarına paylanacaq. Səfir bu kitab vasitəsilə qardaş türkmən oxucularının Heydər Əliyevin həyatı, fəaliyyəti şəxsiyyəti ilə daha yaxından tanış olacaqlarına əminliyini ifadə edib. Nəşr Azərbaycan-Türkmən mədəni əlaqələrinə qardaşlıq münasibətlərinə bir töhfədir.

Türkmənistanlı şair Akmurad Rəcəbov səfirliyin müşaviri Mikayıl Yusifov tərəfindən türkmən dilinə çevrilən kitabın nəfis tərtibatında Xalq rəssamı Arif Hüseynovun illüstrativ əsərlərindən istifadə edilib.

Çıxışlardan sonra kitabdakı poemalardan parçalar qiraətçilər tərəfindən səsləndirilib.

 

Mədəniyyət.- 2023.- 17 iyun.- S.5.