Bölgələrdən müxtəlif səpkili xəbərlər

 

Lənkəran şəhər Uşaq rəssamlıq məktəbinin şagirdləri üçün açıq havada sərgi-plener təşkil olunub. 20 şagirdin iştirak etdiyi sərgi-plenerdə yağlı, akril sulu boyalar vasitəsilə kətan, kağız üzərində mənzərələr əks olunub.

***

Ağdam rayon R.Məmmədov adına Döyüş Şöhrəti Muzeyində rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə Birinci Qarabağ müharibəsi şəhidi Elmdar Vəliyevin xatirəsinə həsr edilmişQəhrəmanlar unudulmur!” adlı anım tədbiri keçirilib. Çıxış edənlərAzərbaycan Bayrağıordeni ilə təltif edilmiş şəhidin döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Sonda şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

***

Balakən rayon Qullar kənd Sənətkarlıq evindəVətən mənə oğul desə...” başlığı altında çağırışçı gənclərlə görüş keçirilib. Çıxış edənlər ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin daim diqqət mərkəzində olduğunu qeyd ediblər. Sonda çağırışçı gənclər hərbi xidmətə yola düşəcəyi üçün çox sevincli olduqlarını, əsgəri borclarını layiqincə yerinə yetirəcəklərini bildiriblər.

***

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhər N.Nərimanov adına Mədəniyyət MərkəzininDostluqMədəniyyət evinin hazırladığıOnlar bir incidiradlı layihənin növbəti tədbiri keçirilib. Layihənin budəfəki qonağı Əməkdar mədəniyyət işçisi, “Tərəqqimedallı şair Əşrəf Veysəlli olub. Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev qonaqları salamlayıb, şairə yaradıcılıq uğurları arzulayıb, hədiyyələr təqdim edib. Sonra şairin yaradıcılığı haqqında söhbət açılıb, şeirləri səsləndirilib.

***

Ağstafa Dövlət Rəsm Qalereyasının əməkdaşlarıVətən müharibəsinin tarix yazan qəhrəmanlarıdevizi ilə rayonun Vurğun qəsəbəsindəŞəhidlər bulağı”nı ziyarət ediblər.

Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxanada Xalq yazıçısı, ssenarist İsa Hüseynovun (Muğanna; 1928-2014) anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib. Bir qrup tələbənin iştirak etdiyi tədbirdə yazıçının yaradıcılığının ideya-sənətkarlıq xüsusiyyətlərindən söz açılıb, əsərlərinin oxucuların qəlbinə yol tapdığı vurğulanıb. Bildirilib ki, ədibin ssenariləri əsasında çəkilən filmlər Azərbaycanın kino salnaməsini zənginləşdirib.

 

Mədəniyyət.- 2023.- 23 iyun.- S.4.