Heydər Əliyev İlitədbirləri davam edir

 

Beyləqan rayon Heydər Əliyev MərkəzindəHeydər Əliyev – 100 Azərbaycan mədəniyyətiadlı sərginin açılışı olub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, Ulu öndərin mədəniyyət, incəsənət, teatr xadimləri ilə tarixi görüşlərini özündə əks etdirən fotolardan ibarət sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgi iyulun 1-dək ziyarət üçün açıq olacaq.

***

Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbində hesabat konserti keçirilib. “Xarı bülbülxoru, “Saməyi-şəmsxalq çalğı alətləri ansamblı, fortepiano, skripka, xanəndə vokal sinfinin şagirdləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Sonda tədris ilində öz fəallığı ilə seçilən müəllim şagirdlər təşəkkürnamə ilə təltif edilib.

***

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi tərəfindən keçirilənHeydər Əliyev xatirələrdəlayihəsi davam edir. Layihənin növbəti qonağı sabiq deputat Səmayə Piriyeva olub. Səmayə Piriyeva Ulu öndərlə görüşlərindən onunla bağlı xoş xatirələrindən söhbət açıb. O, Heydər Əliyevlə birlikdə çəkilmiş şəkillərini mərkəzin fonduna hədiyyə edib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbi tərəfindən Şəmkir rayon Heydər Əliyev Mərkəzində Ümummilli liderin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib. Respublika beynəlxalq müsabiqələr laureatı olmuş şagirdlərinin ifasında Azərbaycan xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Sonda təcrübə mübadiləsinin aparılması məqsədilə Şəmkir şəhər Uşaq musiqi məktəbində görüş gerçəkləşib.

Gədəbəy rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı iləÜmummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyalarımövzusunda seminar keçirilib. DİA-nın rektoru akademik Urxan Ələkbərov seminarda Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi yeniliklərdən danışıb, Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

***

Qax rayon Heydər Əliyev Mərkəzində eyni adlı sərgi açılıb. İyulun 20-dək davam edəcək sərgidə Heydər Əliyevin mədəniyyət adamlarına diqqət qayğısını göstərən fotolar nümayiş olunur.

 

Mədəniyyət.- 2023.- 23 iyun.- S.4.