Azərbaycanlı veteran haqqında film Rusiya telekanalında

 

Ötən il Sankt-Peterburqda MDB ölkələrinin kinematoqrafçılarının pitçinqi keçirilmişdi. Tanınmış kinorejissor Ali XamrayevinSonuncu şahid” film layihəsi pitçinqin qaliblərindən biri olub. “Sonuncu şahidlayihəsi İkinci Dünya müharibəsinin sağ qalmış qəhrəmanlarının həyatından bəhs edir.

Azərbaycan kinematoqrafçıları da bu layihəyə qoşulub. “Azərbaycanfilmkinostudiyasından verilən məlumata görə, “Sonuncu şahidlayihəsi çərçivəsində Astaranın Pensər kəndində yaşayan 97 yaşlı müharibə veteran İzzət Nemətov haqqında film çəkilib.

Filmin prodüseri Nazim Hüseynov, ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyevdir. Filmin montaj prosesi Sankt-Peterburqda gerçəkləşib.

Ümumilikdə 10-a yaxın qəhrəmanın həyatından bəhs edənSonuncu şahid” film-balladası 22-23 iyun tarixlərində RusiyanınKultura TV” kanalının proqramında yer alıb.

 

Mədəniyyət.- 2023.- 23 iyun.- S.5.