Yuğfestivalda mükafat alıb

 

Azərbaycan Dövlət Yuğ Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunanTeatral İmeretifestivalında çıxış edib.

Teatrdan bildirilib ki, ənənəvi festivala 20-dən çox ölkə qatılıb. “Yuğteatrı V.Şekspirin “III Riçardəsəri əsasında bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluş verdiyiLənəttamaşasını nümayiş etdirib. Səhnə əsəri beynəlxalq festivalın ən orijinal tamaşası seçilib mükafat qazanıb.

Tamaşada rolları Əməkdar artist Qasım Nağı, aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva Zümrüd Qasımova ifa ediblər.

 

Mədəniyyət.- 2023.- 23 iyun.- S.3.