Azər Dadaşovun Ulu öndər Heydər Əliyevə həsr etdiyi əsərlər səslənib

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) silsilə tədbirlər həyata keçirilir.

Görkəmli bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun Ulu öndər Heydər Əliyevə həsr olunmuş əsərlərindən ibarət konsert yeni not nəşrlərinin təqdimatı (19 iyun) da bu qəbildən növbəti tədbir idi. Bəstəkarın bu yaxınlarda çapdan çıxmış üç musiqi toplusunda dahi şəxsiyyətə həsr olunmuş əsərləri var.

İttifaqın sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə giriş sözündə Azər Dadaşovun yaradıcılığından söz açdı. Qeyd etdi ki, əksər musiqi janrlarında səmərəli fəaliyyət göstərən bəstəkarın əsərləri canlı obrazlılığı musiqi dilinin ifadəliliyi ilə diqqəti cəlb edir. Bildirdi ki, bəstəkarın simfonik janrda məhsuldar yaradıcılığı var, o, 16 simfoniyanın müəllifidir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət TəhmirazqızıAzər Dadaşovun yaradıcılığında Heydər Əliyev obrazımövzusunda çıxış etdi. O, həmçinin bəstəkarın hər birində Ümummilli liderə ithaf kompozisiyasının yer aldığı üç yeni nəşr haqqında məlumat verdi. “Azər Dadaşovun  violin fortepiano üçün əsərlər”, “Fortepiano üçün lirik pyeslər”, “Xor fortepiano üçün mahnılarmusiqi topluları həm peşəkar musiqiçilər, həm tələbələr üçün nəzərdə tutulub.

Tədbirdə bəstəkarın xor fortepiano üçün yazılmışHeydər atamız”, “Qarabağ bayatıları”, “Bir millət, iki dövlət”, “Vətənim var”, violin fortepiano üçünPoema-ithaf”, “Ariyapyesləri, digər əsərləri, eləcə ilk dəfə müəllifin ifasındaSerenadalirik pyesi səsləndi.

Konsertdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasınınHarmoniya Azərbaycan Dövlət Mədəniyyət İncəsənət UniversitetininXəzərbirləşmiş tələbə xoru (xormeyster Əməkdar müəllim Təranə Yusifova), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) I kurs tələbəsi Ozcan Cabbari (violin), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinif şagirdi Fidan Musayeva (violin),  BMA-nın II kurs tələbəsi Emil Hüseynov (violin), İncəsənət gimnaziyasının VIII sinif şagirdi Sura Həsənli (violin, müəllim professor Fatima İdiatulina), beynəlxalq müsabiqə laureatı Ülviyyə Kazımova çıxış etdilər.

Tədbir Azər Dadaşovun Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 16  saylıVətən oğlusimfoniyasının finalının video variantda nümayişi yeni not əsərlərinin təqdimatı ilə başa çatdı.

 

Fidan Nəsirova

BMA-nın elmi tədqiqat laboratoriyasının əməkdaşı

5.Mədəniyyət.- 2023.- 23 iyun.- S. 5.