BerlindəAzərbaycanda yəhudi həyatıadlı tədbir keçirilib

 

Azərbaycan İsrail səfirliklərinin ilk birgə layihəsi

 

 

Azərbaycanın İsrailin Almaniyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Berlindəki Pestalotsi sinaqoqundaAzərbaycanda yəhudi həyatıadlı tədbir, habelə eyniadlı sərgi Azərbaycanda yəhudi irsiadlı fotokitabın təqdimatı keçirilib.

Tədbirə Almaniya Yəhudiləri Mərkəzi Şurası, Berlin Yəhudi İcması Avropa Ravvinləri Konfransı kimi Avropanın nüfuzlu yəhudi təşkilatları dəstək verib. Tədbirdə Bundestaq deputatları, rəsmilər, diplomatlar, elm mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, yəhudi, türk digər icmaların üzvləri iştirak ediblər.

Səfir Nəsimi Ağayev çıxışında iştirakçıları ölkəmizdə yaşayan yəhudilər, onların tarixi, Azərbaycandakı multikulturalizm dinlərarası harmoniya mühiti, İsrail ilə qurulmuş dostluq münasibətləri strateji tərəfdaşlıq barədə məlumatlandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin Azərbaycanda multikulturalizm dinlərarası harmoniya mühitinin daha da dərinləşməsinə inkişafına yönəldiyi  vurğulanıb.

İsrail səfiri Ron Prozor çıxışında Azərbaycan İsrail arasında yüksək səviyyəli münasibətlərdən söhbət açıb ölkəmizin İsraildə səfirliyinin təsis edilməsinin bu münasibətləri yeni səviyyəyə qaldırdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanda yəhudi icmasının yaşaması müsəlmanlar ilə yəhudilərin dinc şəkildə birgəyaşayışına gözəl bir nümunədir.

Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman, Berlin Yəhudi İcmasının sədri Qideon Yoffe Pestalotsi sinaqoqunun baş ravvini Yonah Zivers çıxışlarında Azərbaycanda mövcud olan tolerantlıq dinlərarası harmoniya mühitinin çox təqdirəlayiq hal olduğunu bildiriblər.

Tədbir çərçivəsində Milli Məclisin deputatı Anatoliy Rafailov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovskinin iştirakı ilə panel müzakirələr keçirilib.

Almaniyada yaşayan həmyerlimiz skripkaçı Fəridə Rüstəmova İzidoro Abramoviçin rəhbərlik etdiyi Pestalotsi sinaqoqunun xor kollektivi Azərbaycan, yəhudi Avropa musiqi nümunələrindən ibarət konsert proqramı ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2023.- 23 iyun.- S.3.