Mədəniyyətimizin böyük hamisiİllərin xronikasından

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərindəsovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamlarıHeydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

 

1978-ci il 15 fevral

 

Moskvada P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin anadan olmasının 60 illiyi münasibətilə yubiley mərasimi keçirilib. Respublikanın rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib.

 

 

1978-ci il 23 mart

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev SSRİ-dəki Lenin muzeylərinin rəhbərlərinin Bakıda keçirilən Ümumittifaq müşavirəsinin iştirakçılarını qəbul edib. Görüşdə muzey işinin təşkili, bu sahədə qabaqcıl təcrübə problemlərdən söz açılıb.

 

 

1978-ci il 20-21 aprel

 

Azərbaycanın yeni Konstitusiyasının qəbulu ilə bağlı 9-cu çağırış respublika Ali Sovetinin 7-ci növbədənkənar sessiyası keçirilib. Heydər Əliyev sessiyadaAzərbaycan SSR Konstitusiyasının layihəsi onun ümumxalq müzakirəsinin yekunları haqqındaməruzə edib, həmçinin yekun söz söyləyib. 21 apreldə qəbul edilən yeni Konstitusiyada Azərbaycan dili respublikanın dövlət dili kimi (maddə 73) təsbit olunub.

 

 

1978-ci il 30 aprel

 

Heydər Əliyev Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında C.RossinininSevilya bərbərioperasının tamaşasının premyerasına baxdıqdan sonra yaradıcı heyətlə görüşüb. Əsas partiyanı (Fiqaro) Müslüm Maqomayev ifa edib. Dünya şöhrəti qazanmış müğənni bir neçə il fasilədən sonra yenidən opera tamaşasında  səhnəyə çıxıb.

 

 

1978-ci il 18 may

 

Heydər Əliyev Azərbaycan müəllimlərinin VI qurultayında nitq söyləyib.

 

***

Mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri yaradıcılıq nailiyyətlərinə görə dövlət təltiflərinə layiq görülürdü.

 

 

1978-ci il 10 yanvar

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə teatr sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib:

Xalq artisti” – Çimnaz Babayeva, Vladimir Pletnyov, Tamilla Şirəliyeva (Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının balet solistləri); Bəhram Mənsurov (Opera Balet Teatrının orkestrinin solisti); Məhluqə Sadıqova (Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti) “Əməkdar incəsənət xadimi” – Kazım Əliverdibəyov (Akademik Opera Balet Teatrının dirijoru); Canetta (Cənnət) Səlimova (Azərbaycan Dövlət Rus Dram Teatrının quruluşçu rejissoru).

Əməkdar artist” – Arif Babayev, Mais Salmanov, Fidan Qasımova, Tamilla Məmmədova, Adil Məlikov (Akademik Opera Balet Teatrının solistləri); Vaqif Əsədov (C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının artisti); Mobil Əhmədov (Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının artisti), Lyudmila Duxovnaya (Dövlət Rus Dram Teatrının artisti); Faiq Qasımov (C.Cabbarlı adına Kirovabad (Gəncə) Dövlət Dram Teatrının artisti); Firdovsi Naibov (M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının artisti) başqaları.

 

 

1978-ci il 11 yanvar

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə musiqi ifaçılığı inkişafında xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib:

Xalq artisti” – Habil Əliyev, Fərhad Bədəlbəyli (M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solistləri); Afaq Məlikova (Azərbaycan Dövlət Rəqs Ansamblının solisti).

Əməkdar artist” – Rafiq Babayev (Dövlət Mahnı Teatrının musiqi rəhbəri), Teymur Mirzəyev, Rauf Babayev, Arif Hacıyev, Lev Yelisavetski (“QayaAzərbaycan Dövlət Konsert-Estrada Orkestrinin solistləri); İlyas Hüseynov, Fərhad Quluzadə (Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solistləri); Zitta Babazadə (Dövlət Mahnı Teatrının solisti) başqaları.

Davud Qədimov (Mədəniyyət Nazirliyi repertuar-redaksiya kollegiyasının üzvü); Validə Rəsulova (pianoçu, Azərbaycan Dövlət Konservatoriyasının müəllimi).

 

***

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə böyüməkdə olan nəslin  tərbiyəsi işində xidmətlərinə görə Ümumittifaq Pioner Təşkilatının 50 illiyi ilə əlaqədar bir qrup xalq maarifi mədəniyyət işçisinəƏməkdar müəllim”, “Əməkdar mədəniyyət işçisiƏməkdar kitabxanaçıfəxri adları verilib.

 

 

1978-ci il 24 may

 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə zəhmətkeşlərə mədəni xidmət sahəsində xidmətlərinə görə bir qrup mədəniyyət maarif idarələri işçisinə (kitabxana,  mədəniyyət evi, muzey, xalq teatrı, kinoklub işçiləri, musiqi məktəbi müəllimi, mədəni-kütləvi fəalları b.) Əməkdar mədəniyyət işçisifəxri adı verilib.

 

 

1978-ci il 22 iyun

 

Kinematoqrafiya sahəsində xidmətlərinə görə 70 illik yubileyi ilə əlaqədar kinooperator, Əməkdar incəsənət xadimi Mirzəbəy Mustafayev, musiqi  sənətinin inkişafında xidmətlərinə görə 60 illiyi ilə əlaqədar olaraq bəstəkar, Əməkdar incəsənət xadimi Hacı Xanməmmədov Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

 

1978-ci il 27 iyun

 

Sovet ədəbiyyatının inkişafında xidmətlərinə görə anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq şair Yuri Fidler Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 1 mart. S. 5.