Sülhə gedən yol ədalətdən keçir

 

Beynəlxalq koalisiya Ermənistanı Xocalı cinayətini tanımağa çağırıb

 

 Xəbər verdiyimiz kimi, Avropanın bir sıra ölkələrindən hüquq müdafiəçilərinin yer aldığıXocalı: barışıq üçün etiraf et!” (Khojaly: Reconcile to Recognize Coalition) beynəlxalq koalisiyasının üzvləri fevralın 25-də Ağdam rayonuna səfər edib, həmçinin 1992-ci ilin 26 fevralında erməni silahlı dəstələri tərəfindən yüzlərlə dinc sakinin qətl edildiyi Xocalı-Ağdam yolu üstündə, Şelli kəndindəkiölüm dəhlizin”də olublar.

Sülh üçün çağırışadlı aksiyaya İtaliya, Danimarka, Macarıstan, Bosniya Herseqovina, Türkiyə digər ölkələrdən mütəxəssislər qatılıb.

Koalisiya üzvləri Xocalı faciəsinin şahidləri ilə görüşüblər.Srebrenitsa AnalarıAssosiasiyasının rəhbəri, özü 1995-ci ildə Bosniyada serb silahlı dəstələrinin müsəlman əhaliyə qarşı törətdiyi qətliamın zərərçəkəni olan Munira Subaşiçin Xocalıda əsir götürülmüş, üçgünlük qızını itirmiş Mehriban Vəkilova ilə söhbəti o gecə bütün insani dəyərlərin erməni vandalizmi tərəfindən tapdandığının daha bir sübutu olub.

Koalisiya üzvlərihumanitar dəhliz”inölüm dəhlizi”nə çevrildiyi, Xocalının 9 kilometrliyində yerləşən məkanda günahsız qurbanların xatirəsinə ehtiram olaraq zeytun ağacı əkiblər. Sülhə çağırışı simvolizə edən zeytun ağacının yanında koalisiyanın şüarı – “Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil” (“Without justice there’s no trust, without trust there’s no reconciliation”) yazılmış poster yerləşdirilib.

Koalisiya adından bəyanat səsləndirilib. İtaliya İnsan Haqları Federasiyasının sədri Antonio Stanqo tərəfindən oxunan bəyanatda diqqətə çatdırılır ki, 1992-ci il 26 fevral tarixində erməni quldur dəstələri Xocalını işğal edərkən onlar guya bu yolunhumanitar dəhlizkimi təmin edilməsini bildirib, lakin elə həmin yerdə yüzlərlə dinc insanı qətlə yetiriblər. Bəyanatda vurğulanır ki, sülhə gedən yol ədalətdən keçir qalıcı sülhə yalnız keçmişdə baş vermiş hərbi cinayətlərin nəticələrinin aradan qalxması ilə nail olmaq olar.

“Bu gün biz Xocalının 9 km-liyindəyik, “ölüm dəhlizi”nə çevrilmiş dırnaqarası humanitar dəhlizdəyik. Səfərimiz bu torpaqlar azad edildiyi üçün mümkün olub. Biz yaxında belə anım mərasimlərini Xocalıda keçirəcəyimizə əminik”, – deyə bəyanatda qeyd olunur.

Xocalı: barışıq üçün etiraf et!” beynəlxalq koalisiyası üzvləri, eləcə yerli xarici mətbuat nümayəndələrinin iştirakı ilə fevralın 26-da Bakıda dəyirmi masa keçirilib.

Beynəlxalq koalisiyanın üzvləri Xocalı-Ağdam yolundakıölüm dəhlizi”nə yürüş barədə öz təəssüratlarını bölüşüblər.

Srebrenitsa AnalarıAssosiasiyasının rəhbəri Munira Subaşiç Xocalı ilə Srebrenitsa faciələrinin mahiyyət olaraq eyni cinayət olduğunu qeyd edib. Bildirib ki, Srebrenitsada olduğu kimi, Xocalıda da nəhayət, ədalət öz yerini tapmalıdır.

ATƏT-in dözümsüzlük diskriminasiya ilə mübarizə üzrə keçmiş xüsusi nümayəndəsi professor Bülent Şenay vurğulayıb ki, postmünaqişə reallıqları kontekstində Ermənistan sülhdə maraqlı olduğunu göstərmək üçün Xocalı cinayətinin ləkəsi ilə hesablaşmalıdır.

Soyqırımı Kütləvi Qırğınlara Qarşı Budapeşt Mərkəzinin direktoru Giorgi Tatar beynəlxalq koalisiyanın bölgədə dayanıqlı sülh üçün Azərbaycan Ermənistan hökumətlərinə ünvanlanmış müraciətini oxuyub.

“2020-ci il müharibəsindən sonra Azərbaycan Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxalq vətəndaş cəmiyyəti üçün hərəkətə keçmək, cəzasızlıq susqunluğa son vermək, Xocalı barədə ədalətə nail olmaq zamanıdır”, – deyə müraciətdə bildirilir. Müraciətdə Ermənistan hökumətinə Xocalı cinayətini tanımağa çağırış da yer alıb.

Giorgi Tatar koalisiyanın Xocalı cinayətinin etiraf etdirilməsi mövzusunda, həmçinin dayanaqlı sülhə nail olmaq məqsədilə Ermənistan Azərbaycan cəmiyyətləri arasında dialoq təşəbbüsünü başlatdığını deyib.

Ədalət uğrunda fəaliyyətləri üçün koalisiya üzvlərinə təşəkkürünü bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov keçid ədalətinin müasir dünyada sülhə xidmət edən vacib amil olduğunu vurğulayıb. “Bu gün sizin bu təşəbbüsü başlaya bilmənizi, Qarabağda ilk xarici heyət olaraq Xocalı qurbanları üçün anım tədbirləri keçirmənizi Azərbaycanın müharibədə Qələbəsi təmin edib. Əminəm ki, növbəti illərdə bu tədbirləri Xocalının özündə keçirə biləcəksiniz”, – deyə o əlavə edib.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 1; 3.