Qan yaddaşımızın Xocalı səhifəsi

 

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində anım tədbirləri keçirilib.

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mədəniyyət işçiləri məktəblilərXocalını unutmayaq!” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edib, vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.

Quba şəhər Uşaq incəsənət məktəbində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub.

Siyəzən rayon Heydər Əliyev Mərkəzi, rayon Mərkəzi Kitabxanası, Gənclər İdman İdarəsi, Gənclərin İnkişaf Karyera Mərkəzi Siyəzən rayon nümayəndəliyinin birgə təşkilatçılığı iləXocalı soyqırımını unutmayaq!” adlı tədbir təşkil olunub.

Qusar rayon Heydər Əliyev MərkəzindəHeydər ƏliyevXocalı soyqırımının tanıdılmasının əsas təşəbbüskarıadlı anım tədbiri keçirilib.

 

***

İsmayıllı rayon mədəniyyət müəssisələrində, eləcə digər idarə müəssisələrdə Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib. Bildirilib ki, ötən əsrin 90-cı illərində Azərbaycan xalqına qarşı törədilən qırğınlar, xüsusilə Xocalı soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Çıxışlardan sonra Xocalı soyqırımına həsr olunmuş “The son” adlı film videoçarxlar nümayiş etdirilib.

 

***

Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbindəXocalımqanlı xatirəmadlı tədbir keçirilib. Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndirilib, musiqilər ifa olunub.

Balakən rayon Uşaq incəsənət məktəbindəXocalı soyqırımını unutmadıqadlı anım tədbiri keçirilib. Xocalıda törədilən qırğından bəhs edilən film izlənildikdən sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. İştirakçılar məktəbin Rəssamlıq şöbəsi şagirdlərinin soyqırımı ilə bağlı rəsm əsərlərinin sərgisinə baxıblar.

 

***

Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbindəLaylay, Xocalım, laylayadlı tədbir keçirilib. Məktəbin şagirdləri tərəfindən Xocalı haqqında şeirlər söylənilib.

Hacıqabul şəhər Folklor klubunda rayon mədəniyyət işçilərinin birgə təşkilatçılığı iləQisas qiyamətə qalmadıadlı ədəbi-bədii kompozisiya təqdim olunub.

 

***

 

Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev MərkəzindəUnutmadıq, Xocalı!” adlı sərgi keçirilib. Sərgidə rəssam Nizami Dadaşovun Xocalı soyqırımına həsr olunan əsərləri nümayiş olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Xocalı faciəsi qurbanlarının şəhidlərin xatirəsi yad edilib. Tədbirdə Xocalı həqiqətlərini əks etdirən videoçarx Qanlı torpaqtamaşası nümayiş etdirilib.

 

***

Ağstafa Dövlət Rəsm Qalereyasında gənc rəssamların əl işlərindən ibarətXocalı uşaqların gözü iləadlı rəsm sərgisi təşkil olunub.

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı iləİnsanlığa qarşı törədilmiş cinayətadlı tədbir keçirilib. Şagirdlər tərəfindən kompozisiya təqdim edilib.

 

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbindəTarixin qan yaddaşıXocalımövzusunda konfrans keçirilib. Çıxışlarda Xocalıda törədilən soyqırımı barədə geniş məlumat verilib, bu faciənin dünyaya çatdırılmasında Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən danışılıb.

 

***

Naftalan şəhər Heydər Əliyev Mərkəzi şəhər Gənclər İdman İdarəsinin təşkilatçılığı iləXocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolumövzusunda tədbir keçirilib. Çıxışlarda bildirilib ki, Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli MəclisXocalı soyqırımı günü haqqındaqərar qəbul edib, BMT-, dünya dövlətlərinə müraciət olunaraq qətliamın mahiyyəti açıqlanıb, beynəlxalq ictimaiyyətə erməni terrorizminə qarşı təsirli tədbirlər görmək çağırışı edilib.

 

***

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsindəXocalışəhid şəhəradlı tamaşa-kompozisiya təqdim olunub. Tamaşanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir. Rolları Masallı Xalq teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim tələbələri ifa ediblər.

 

***

Astara rayon Heydər Əliyev MərkəzindəXocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdırmövzusunda tədbir keçirilib. Tədbirdə mərkəzin fondunda qorunan Xocalı şəhidlərinin fotoşəkilləri, “Elektron kitabxana”da saxlanılan kitabların rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

 

***

Neftçala rayon C.İsmayılov adına Uşaq incəsənət məktəbində keçirilən tədbirdə rayon Mədəniyyət Mərkəzinin kollektivi ədəbi-bədii kompozisiya ilə çıxış edib.

 

***

Şəmkir rayon MKS-nin Uşaq şöbəsi Oxuculara xidmət şöbəsi tərəfindənXocalı qan yaddaşımızdır”, “Xocalı fəryadıbaşlığı altında açıq havada kitablardan ibarət sərgi təşkil olunub.

 

***

Göyçay rayon MKS-nin Mərkəzi Kitabxanasında “O gün gələcəkadlı tədbir keçirilib. Xocalıya həsr olunmuş şeirlər səsləndirilib, faciə ilə bağlı kompozisiya nümayiş etdirilib.

 

Nurəddin Məmmədli

Mədəniyyət.- 2023.- 1 mart. S. 4.