Berlində fləşmob, Tallinndə sərgi

 

Almaniyada fəaliyyət göstərən Azərbaycan icması Berlin şəhərində, Brandenburq qapıları önündə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş fləşmob keçirib.

Fləşmob zamanı 613 ədəd şamdan istifadə olunmaqla Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Aksiyada ziyarətçilərə Xocalı soyqırımına dair buklet flayerlər paylanılıb, insanlığa qarşı törədilmiş bu ağır cinayətlə bağlı ətraflı məlumat verilib.

 

***

Estoniyanın paytaxtı Tallinndə isə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar azərbaycanlı rəssam Rövşən Quliyevin (Nur) fərdi rəsm sərgisi açılıb.

Bu barədə məlumat verən rəssam sərgi ilə yanaşı, Tallinin mərkəzi küçələrində 24 saat ərzində böyük ekranda Xocalı faciəsindən bəhs edən videomaterialların da göstərildiyini bildirib.

Tallinn Rəssamlıq Akademiyasını bitirən Rövşən Quliyev 17 ildir bu ölkədə Azərbaycanın mədəniyyətini tarixi irsini çəkdiyi rəsmlərlə tanıtmağa çalışır.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 8.