Ölülərtamaşası ilk dəfə Heydər Əliyev Mərkəzində nümayiş olunub

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzi Ümummilli liderin anadan olmasının 100 illiyi münasibətiləHeydər Əliyev milli teatr sənətiadlı layihəyə başlayıb. Fevralın 24-də layihə çərçivəsində Ulu öndərin ən çox sevdiyi səhnə əsərlərindən biriCəlil MəmmədquluzadəninÖlülərpyesinin tamaşası ilk dəfə Heydər Əliyev Mərkəzinin səhnəsində nümayiş olunub.

Tamaşa Heydər Əliyev Mərkəzinin Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstərilib.

Tamaşadan əvvəl Ulu öndərin əsərlə bağlı fikirlərini əks etdirən videoçarx təqdim olunub. Ölülər”i dərin fəlsəfi əsər adlandıran Heydər Əliyev pyesin milli ruhunu xüsusi vurğulayır, onun bənzərsiz, tarixi əsər olduğunu qeyd edirdi. Heydər Əliyev gənc yaşlarından teatra çox bağlı idi. Məktəb tələbəlik illərində dram dərnəklərində iştirak edən Heydər Əliyev teatrı çox sevirdi, Azərbaycan milli teatrını milli sərvətimiz adlandırırdı.

Ölülərpyesi bu dəfə mükəmməl akustikaya malik olan dünyanın ən yaxşı zallarından birindəHeydər Əliyev Mərkəzinin “Auditorium” zalında təqdim edilib. Zalın səhnəsinə uyğun tamaşa üçün rəngarəng dekorasiyalar qurulub. Aktyorların kostyumları məhz bu təqdimat üçün xüsusi hazırlanıb. Qara Qarayevin 1966-cı ildə Akademik Dram TeatrındaÖlülərtamaşasına (quruluşçu rejissor Tofiq Kazımov) bəstələdiyi musiqi isə yeni versiyada təqdim edilib.

Quruluşçu rejissoru rəssamı Xalq artisti Azər Paşa Nemətov olan tamaşada  ümumilikdə 27 aktyor iştirak edib. Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri Əməkdar artist Anar Heybətov bu tamaşada baş rol ifaçıları kimi 87-ci dəfə məhz Heydər Əliyev Mərkəzində səhnəyə çıxıblar.

Səhnə əsərinin budəfəki təqdimatında aktyor nəsillərinin qovuşması da müşahidə olunub. Tamaşada gənc, orta yaşlı nəslin aktyorları rol alıblar: ən gənc ifaçı Cəlal rolunu oynayan 12 yaşlı Səccat Kazımov, səhnədəki ən qocaman aktyor isə 85 yaşlı Xalq artisti Rafiq Əzimov olub. Səhnə əsərində həmçinin Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Sabir Məmmədov, Əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli başqaları rol alıblar.

Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı dörd məclis beş pərdədən ibarətÖlülərtragikomediyası ilk dəfə 1916-cı il aprelin 29-da Bakıda, Tağıyev teatrında səhnələşdirilib. Tamaşanın ilk rejissoru görkəmli teatr xadimi Hüseyn Ərəblinski olub. Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər rolunu isə Mirzəağa Əliyev oynayıb.Ölülər”in ikinci tamaşası 1916-cı il avqustun 17-də Şuşada, vaxtilə Xurşidbanu Natəvanın yaratdığı qızlar məktəbində tamaşaya qoyulub.

Pyes milli dramaturgiyamızda ilk tragikomediya janrlı əsərdir ötən müddətdə həm Azərbaycanda, həm xaricdə tamaşaya qoyularaq böyük müvəffəqiyyət qazanıb.

Ölülər”in Heydər Əliyev Mərkəzindəki nümayişi anşlaqla keçib.

Tamaşanın sonunda səhnə əsərinin hazırlanmasında iştirak edən bütün yaradıcı heyət Heydər Əliyev Mərkəzinin təşəkkürnamələri hədiyyələri ilə təltif olunub.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 1; 5.