Şair kimi rəssam

 

Rəssam Kamal Əhməd novator sənətkar kimi xarakterizə olunur. Onun təsvirlərində həyatının sərt mülayim, zərif incəliyi öz əksini tapıb. Sənət üfüqlərinin genişləndiyi bir vaxtda ömrü yarıda qalan rəssamın yaradıcılıq özünəməxsusluğu həm dərin lirizmi ilə seçilir.

Kamal Əhməd oğlu Əhmədov (Kamal Əhməd) 28 fevral 1940-cı ildə Bakıda, İçərişəhərdə dünyaya göz açıb. İnşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar ailə Ağdam rayonuna köçür. Bir müddət sonra anası vəfat edir. Sonra da atası dünyadan köçür. Kamal 18 yaşınadək Şüvəlanda uşaq evində böyüyür. Burada onun sənətə olan marağı üzə çıxır. Bunu hiss edən uşaq evinin direktoru onu sərgi konsertlərə aparır, ədəbiyyata marağını təqdir edir.

Günlərin birində uşaq evinin kollektivi ilə Xalq şairi Səməd Vurğunun görüşü keçirilir. Həmin tədbirdə Kamal şairin şeirlərini şövqlə söyləyir. Bu, şairin diqqətindən qaçmır. Onu oxşayır parlaq gələcəyinin olacağını deyir.

Kamal sənədlərini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə verir. Görkəmli rəssam Vəcihə Səmədova onun işləri ilə tanış olduqdan sonra istedadını dəyərləndirir, kömək etməyə çalışır. Kamal isə heç kimə bənzəməmək, tamamilə fərqli olmaq istəyir. Bu, bəzən ona çətinliklər yaratsa da, inadından, sənət yolundan dönmür.

Araşdırmalarda bildirilir ki, Kamal Əhməd sovet rəhbərlərinin portretlərini çəkməkdən imtina edib. Buna görə o, 1964-cü ildə təhsilini çətinliklə başa vurub. Hələ tələbə ikən Xalq rəssamı Səttar Bəhlulzadə ilə tanış olur. Bu tanışlıq onun mənəvi dünyasına, yaradıcılığına, həyata baxışlarına müsbət təsir göstərir. O da Səttar kimi Nizami Füzulinin fəlsəfəsi ilə maraqlanır, “dərviş”ə çevrilir...

Yenilikçi rəssam Cavad Mircavadovu da özünə ustad edən Kamal Əhməd yaradıcılıq yollarında bu iki sənətkarın təsvir metodlarını dərk etməyə çalışır.

S.Bəhlulzadə gənc rəssamı Azərbaycanın poeziya, fəlsəfə muğam dünyası ilə tanış edirsə, C.Mircavadov ona Abşeronu bəxş edir. Buna görə K.Əhməd üçün Abşeron torpağı sakinləri ilham mənbəyi olub.

Rəssam uzun müddət Abşeronun Görədil kəndində yaşayıb-yaradır. Yerli sakinlər ona yarıuçuq evdə yaşamağa icazə verirlər. Evin qapısını, köhnə olsa, kilimlə örtür. Elektrik cərəyanı olmadığından gecələr öz balaca otağında neft lampası yandırır. Yaradıcılığında Qobustanın mədəni mirası, ruhu yaşayır...

Dolğun yaradıcılıq yolu keçən rəssam 1987-ci ilin aprelində Bakıda ilk sərgisini təşkil edir əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanır. Şöhrəti ölkə hüdudlarını aşır. 1988-ci ildə Moskvada Ümumittifaq sərgisinin diplomuna, 1989-cu ildə isə Xəzəryanı respublikaların I Biennalesində (rəsm sərgisi) Qran-pri mükafatına layiq görülür.

K.Əhmədin gərgin yaradıcılıq fəaliyyəti dövründə ərsəyə gətirdiyiAğac”, “Söhbət”, “İşığa doğru”, “Self-Portrait”, “Xeyir Şər”, “Atın ay xiffəti”, “Leyli Məcnun”, “Görədildə kanal”, “Görədil kəndi”, “Abşeronda bahar”, “Abşeronda Novruz bayramı”, “Kompozisiya s. əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

1980-ci illərin sonundan əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya Rusiyada sərgilərdə nümayiş etdirilir, eyni zamanda muzey şəxsi kolleksiyaları bəzəyir. 1989-cu ildə isə İtaliyanın Vareze şəhərində sovet rəssamlarının qrup sərgisində iştirak edir. Sərgidə SSRİ-dən doqquz sənətkarın əsərləri nümayiş etdirilir. Bu əsərlər arasında diqqətçəkən, böyük əks-səda doğuran onun əsəri olur. Şəhərin meri sərginin açılışında müəllifimüasir incəsənət tarixində yeni şəxsiyyətkimi xarakterizə edir. Deyilənə görə, hətta onun əlini öpür.

Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov görkəmli sənətkarla bağlı deyib: “Kamal Əhməd çox təvazökar adam idi. Onda olan enerjiyə heyran idim. Gecə-gündüz rəsm haqqında fikirləşər, sənətlə yaşayardı... Onun ən böyük muzeylərdə təmsil olunmağa, hər bir rəssam qarşısında öyünməyə ixtiyarı çatır”.

Rəssamın təsviri sənətin inkişafındakı əməyi yüksək qiymətləndirilir, 1992-ci ildəƏməkdar incəsənət xadimifəxri adına layiq görülür.

Sənətkarın sonuncu əsəri, təəssüf ki, tamamlaya bilmədiyiAvtoportret. Çarmıxa çəkilmərəsmidir. 29 noyabr 1994-cü ildə, 54 yaşında vəfat edən fırça ustası, şair kimi rəssam Azərbaycan təsviri sənətinə daha böyük töhfələr verə bilərdi. Amma onun bu qısa ömründə ərsəyə gətirdiyi əsərlər müəllifini əbədi yaşadacaq, xatırladacaq dəyərli sənət mirasıdır.

 

S.Fərəcov

Mədəniyyət.- 2023.- 1 mart. S. 1;6.