Özbəkistan Dövlət İncəsənət Mədəniyyət İnstitutu ölkəmizin ali məktəbləri ilə əməkdaşlıq edəcək

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Özbəkistan Dövlət İncəsənət Mədəniyyət İnstitutunun (ÖDİMİ) rektoru Eldor Şermanovun rəhbərlik etdiyi nümayəndə heyəti 23-28 fevral tarixlərində ölkəmizdə səfərdə olub.

Səfər çərçivəsində özbəkistanlı qonaqlar Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) olub, rektor Ceyran Mahmudova ilə görüşüb, əməkdaşlıqla bağlı müzakirə aparılıb. Görüşdə iki təhsil ocağı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəddə müəllim tələbə mübadiləsi, mədəniyyətin müxtəlif sahələrinə dair birgə tədqiqat işlərinin, tədrisə dair təcrübə mübadiləsinin aparılması kimi məsələlər əksini tapıb.

Bundan başqa, ADMİU-nun Rəssamlıq fakültəsinin təcrübəsindən yararlanaraq Özbəkistan Dövlət İncəsənət Mədəniyyət İnstitutunda eyniadlı fakültənin açılması, müəllim heyətləri tərəfindən ildə bir dəfə qarşılıqlı olaraq bir aylıq dərslərin təşkili barədə razılıq əldə edilib.

Eldor Şermanov ADMİU-nun rektorunu bu ilin mayında ÖDİMİ- təşkil olunacaq Türk dövlətləri tələbələrinin teatr festivalına dəvət edib.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti Bakı Dövlət Universitetində rektor Elçin Babayevlə görüşüb. İki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişdə gələcəkdə müəllim, tələbə elmi işçilərin mübadiləsi, informasiya nəşrlərin mübadiləsi, birgə elmi tədqiqatların, maarifləndirici tədbirlərin təşkili, kadr hazırlığı məsələlərində əməkdaşlıq nəzərdə tutulub.

Qardaş ölkənin heyəti Azərbaycan Milli Konservatoriyası (AMK) Azərbaycan Dillər Universitetində (ADU) olub, tədrisin təşkili ilə maraqlanıb, əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı müzakirələr aparılıb. ADU-daÖzbəkistan ocağı”nın açılmasına dair razılıq əldə edilib.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 2.