Gəncə teatrındaƏbədiyyət marşalı

 

Tamaşa Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub

 

Gəncə Dövlət Dram Teatrında Aydın Murovdağlının poemaları əsasında Yusif Cəfərovun səhnələşdirməsindəƏbədiyyət marşalıadlı tamaşa-kompozisiya hazırlanıb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş səhnə işində onun tariximizdəki müstəsna xidmətlərindən, 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdışından, xəritədən silinmək qorxusu ilə üz-üzə qalmış Azərbaycan dövlətini xilas etməsindən, qurduğu müstəqil Azərbaycanın bu gün əmin əllərdə olmasından, 44 günlük şanlı Zəfərimizdən bəhs edilir.

Tamaşada kölgə oyunundan, sənədli videogörüntülərdən istifadə olunub. Quruluşçu rejissor Yusif Cəfərov, rəssam Mirzə Mehdi, musiqi tərtibatçısı Saləddin Həsənovdur. Rolları Əməkdar artistlər Sevda Orucova, Ramiz Vəliyev, Salam İsmayıl, aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov, Həsən Cəfərov ifa edirlər. Xatırladaq ki, Həsən Cəfərov həm Vətən müharibəsi iştirakçısıdır.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 4.