SəhnədəÖlüm qatarı

 

Ağdam Dövlət Dram Teatrında 20 Yanvar hadisələrindən bəhs edənÖlüm qatarıadlı tamaşanın premyerası olub.

Gənc yazar  Kənan Yusifoğlunun eyniadlı pyesi əsasında hazırlanan səhnə işinə teatrın baş rejissoru Kərim Həsənov quruluş verib. Musiqi tərtibatçısı Elşən Cəfərov, quruluşçu rəssam Qönçə Həzizadədir.

90-cı illərin ağır sosial-siyasi proseslərinə nəzər salınan tamaşada rolları Kərim Həsənov, Elmir Hümbətov, Nurlanə Əliyeva, Elşən Cavadov, Fərhad Fərhadzadə, Ülviyyə Qasımova, Zöhrab İmamalıyev, Camal Zamanov, Səda İbrahimov, Anar Əhmədov, Sadiq Bağırov, Hakim Cəfərli, Elman Məhərrəmov, Fatimə Quliyeva Sərdar Əlizadə oynayırlar.

Rayon sakinləri ilə yanaşı Gəncədən gəlmiş bir qrup ziyalının da izlədiyi tamaşa maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 4.