YARAT-ın növbəti səyyar sərgisi Saatlıda

 

YARAT Müasir İncəsənət Məkanı tanınmış gənc rəssamların əsərlərindən ibarətİncə müşahidələrsəyyar qrup sərgisini Saatlıda təqdim edir.

Martın 1-də açılacaq sərginin əsas ideyası rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Sərgi, periferik ola bilən, lakin diqqət yetirilməsi bəlkə mühüm sayılan ilk baxışdan bəsit görünən anları vurğulayır. Sadə bir günü dəyərləndirmək üçün ətrafı hadisələri incəliklə müşahidə etmək kifayətdir. Rəssamlar adətən bizim nəzərimizdən qaçırdığımız diqqət etmədiyimiz mövzuları qabardırlar. Bu mövzular zaman məkan anlayışları, yaddaş şəxsiyyət, sadə insan duyğuları onun hekayələri, mədəniyyət xalq dəyərləri ola bilər.

Fotoqraf Dadaş Adna sadəliyin poetikasınıinsanların onların ətrafını, doğma kəndinin təbiət mənzərələrini, insan istəklərinin incə çalarlarını işıqlandırır.

Oxşar üsul iləBəs birdənvideoinstalyasiyasında Mehrin Əlili öz ətrafını müşahidə edir: o, meqapolis kənd həyatından olan kadrları müqayisə edərək, mövcud paralel reallığı araşdırır, əgər onun ailəsi şəhərə üz tutmasaydı həyatının necə fərqli ola biləcəyini düşünür.

Şəhərin portretində özünü göstərən insan vərdişləri Elturan Məmmədovun silsilələrində yaxından müşahidə olunur.

Rəssam Ramal Kazım sadə görünən insan emosiyalarının hisslərinin mürəkkəbliyini qrotesk, güclü duyğular oyatmaq üçün çox qabarıq formada göstərir. Nadir EminovunOkey, bumerinstalyasiyası isə postmodern cəmiyyətə onun mübarizə mexanizmlərinə bir ironiyadır.

Sərgi universal mövzular ətrafında düşüncələri əks edir. Rəssam Soltan Soltanlı öz əsərləri ilə insan həyatının ekzistensial suallarını sosial davranışı araşdırır. O, əsərlərində sevgi, əmək, itki insan münasibətləri kimi mövzulara istinad edir rəsmlərinə, özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, başlıca niyyətini anladan adlar verir.

Habib SaherinQodonu gözləyərkəninstalyasiyası itkiləri əks etdirir, davamlı yenilənmə yolu ilə insanın öz keçmişini araşdırması onunla barışmasını bəyan edir. Rəssam Rəşad BabayevinDərvişəsəri isə məkan zamandan şüurlu şəkildə azad olmağın mediativ vəziyyətini təmsil edir.

Ekspozisiyaya YARAT-ın daimi kolleksiyasından, eləcə rəssamların özlərinin təqdim etdiyi əsərlər daxildir.

Ənənəvi olaraq sərgi əsasında YARAT heyəti rəssamlar tərəfindən ustad dərsi proqramları da nəzərdə tutulub.

Sərgi Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə keçirilir.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 4.