Yuğ Teatrının baş rejissoru Qazaxıstanda iki tamaşa hazırlayacaq

 

Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov tamaşa hazırlamaq üçün Qazaxıstana dəvət olunub.

Rejissor Qazaxıstanın iki teatrındaKaraqanda şəhərindəki K.Stanislavski adına Rus Dram Teatrında A.SaqarelininXanumapyesini, Astanadakı K.Kuanışbayev adına Qazaxıstan Dövlət Akademik Musiqili Dram Teatrında isə F.Zellerin “Ata” pyesini səhnələşdirəcək.

Xanuma”nın premyerası aprel ayında olacaq. “Ata” pyesinin tamaşası isə iyun ayına nəzərdə tutulub.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 8.