Xalq artisti, tanınmış vokalçı Əli Əsgərov vəfat edib

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti Əli Əsgərov fevralın 23-də, ömrünün 62-ci ilində vəfat edib.

Əli Rəhim oğlu Əsgərov 25 noyabr 1961-ci ildə Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçıların I Beynəlxalq MüsabiqəsininQran-primükafatçısı olub.

1998-ci ildəAzərbaycan Respublikasının Əməkdar artisti”, 2012-ci ildəXalq artistifəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 6.