Müqəddəsliyin şəhid zirvəsi

 

Fevralının 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi İzzət Rövşən oğlu Həmidovun (2000-2020) ailəsinin iştirakı iləMüqəddəsliyin şəhid zirvəsiadlı tədbir keçirilib.

Tədbirdə İ.Həmidovun anası Vəfa İsmayılova bir neçə şəhid qəhrəmanın anaları, qazilər, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının müəllim şagirdləri, 132-134 nömrəli təhsil kompleksinin şagirdləri, digər qonaqlar iştirak ediblər.

İ.Həmidova həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra çıxışlar dilənilib, qəhrəmanın döyüş yolu, müharibədə göstərdiyi şücaət haqqında məlumat verilib. İncəsənət gimnaziyası şagirdlərinin ifasındaXudayar təsnifi”, müharibə mövzusunda səhnəciklər musiqi nömrələri təqdim olunub. Təhsil kompleksinin şagirdləri şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Tədbirin sonunda şəhid anaları qazilər onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

İzzət Həmidov Vətən müharibəsində böyük igidlik göstərib. 2020-ci il oktyabrın 9-da Füzuli istiqamətində döyüşdə qəhrəmanlıqla şəhid olub. Ölümündən sonraAzərbaycan Bayrağıordeni, “Vətən uğrundaFüzulinin azad olunmasına görəmedallarına layiq görülüb.

 

Mədəniyyət.- 2023.- 1 mart. S. 6.