“Gənclərə dəstək” layihəsində konsert

 

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Fevralın 28-də Kameraorqan musiqisi zalında keçirilən konsert proqramında gənc violin ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova (Əməkdar müəllim İlhamə Ağayevanın yetirməsi) çıxış edib. Onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Arzu Səfərova müşayiət edib.

Proqramda Avropa və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.

 

Mədəniyyət.- 2023.- 3 mart.- S.2.