Novruzun tarixi – çərşənbələr”

 

Oğuz rayon Qarabulaq kənd klubu tərəfindən açıq səma altında Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində (28 fevral) “Novruz adət-ənənələri” adlı şənlik təşkil edilib. Şənlikdə tonqal yandırılıb, rəqslər ifa olunub, Novruza aid bayatılar söylənilib.

***

Neftçala rayon Mədəniyyət Mərkəzi Xolqaraqaşlı kənd Folklor evinin təşkilatçılığı ilə Od çərşənbəsinə həsr olunan bayram tədbiri keçirilib. Tədbirdə kənd inzibati ərazi nümayəndəliyinin əməkdaşları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

***

Şabran rayon Xaqani Poeziya evində “Novruzun tarixi – çərşənbələr” adlı tədbir keçirilib. Tədbirdə məktəblilər çərşənbələrə həsr olunan şeirlər səsləndiriblər. Daha sonra bayram haqqında qısametrajlı film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2023.- 3 mart.- S.4.