Musiqiçilərimiz ilk dəfə Vyanada akkordeon festivalında çıxış ediblər

 

 

Azərbaycan musiqiçiləri Avstriya paytaxtında keçirilən ənənəvi akkordeon festivalında ilk dəfə iştirak ediblər. Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblı festival çərçivəsində Vyana şəhərinin “Porgy & Besscaz klubunda konsert verib.

24-cü Vyana Beynəlxalq Akkordeon Festivalı bu il 25 fevral – 26 mart tarixlərində keçirilir. Konsertdən öncə elan edilib ki, festival dünyanın müxtəlif ölkələrindən peşəkarları yeni istedadları bir araya gətirir, bir ay boyunca Vyanada müxtəlif məkanlarda konsertlər təşkil edilir. Ölkəmizin ilk dəfə bu festivalda təmsil olunmasına, uğurlu əməkdaşlıq dəstəyə görə təşkilatçılar adından Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkür elan edilib.

Vyanada musiqisevərlərin sevimli məkanlarından birində anşlaqla keçən konsertdə məşhur caz pianoçusu bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Konsertdə Azərbaycan xalq bəstəkar mahnıları əsasında hazırlanmış kompozisiyalarla yanaşı, Ənvər Sadıqov Emil Əfrasiyabın müəllifi olduğu əsərlər böyük maraqla qarşılanıb. Dahi bəstəkarlar Volfqanq Amadey Motsart Üzeyir Hacıbəylinin əsərləri əsasındakı kompozisiya xüsusilə alqış doğurub. Eyni zamanda silahlı münaqişələr təbii fəlakətlər zamanı həlak olmuş insanlara ithaf olaraq ifa edilənAtama məktubəsəri kövrək duyğulu ab-hava yaradıb.

Azərbaycan milli musiqi alətlərində ifalar konsertə xüsusi rəng qatıb. Musiqi axşamına Qara Qarayev Rauf Hacıyevin əsərlərindən ibarət kompozisiyalarla yekun vurulub.

Konsert “Porgy & Besscaz klubunun canlı yayım portalı vasitəsilə yayımlanıb, eləcə “Emap.fm” internet radio kanalı vasitəsilə səs yazısı olaraq qeydə alınıb.

 

 

Mədəniyyət.- 2023.- 3 mart.- S.8.