Sevgi cəzaya dönəndə...

 

Aida” operasının Əli Əsgərovsuz nümayişindən notlar

 

Xəbər verdiyimiz kimi, ötən həftə mədəniyyətimiz nadir səsə malik opera sənətçilərimizdən birini itirdi. Xalq artisti, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti (bas) Əli Əsgərov 62 yaşında dünyasını dəyişdi.

Onun əsas partiyalardan birini (Misir çarı, firon) ifa etdiyiAida” operasının növbəti tamaşasını çoxları kimi, mən də maraqla gözləyirdim. Əli Əsgərov tamaşaya iki gün qalmış dünyasını dəyişdi...

Budur, fevralın 25-dir. Opera Balet Teatrının zalı doludur. Səhnə adamları həmkarlarının itkisindən doğan göz yaşlarını kulisdə qoyub tamaşaçı önünə çıxırlar. Sirli Misir heç vaxt öz təsir gücünü itirməyən nakam məhəbbət haqqında möhtəşəm operanın ilk taktları səslənir, dopdolu zala sükut hakim olur. Böyük italyan bəstəkarı Ñüzeppe Verdinin zərif bənzərsiz hisslərlə qol-qanad verdiyi bu əsrarəngiz musiqi əsəri salonu ehramlar ölkəsinə, qum günəşin harmonik səhrasınaaparır”.

Xatırladım ki, librettosu Antonion Qislansoniyə aid dördpərdəli opera ilk dəfə 1871-ci ildə Qahirədə səhnəyə qoyulub o vaxtdan dünyanın, əksər opera teatrlarının əsas repertuarında öz yerini möhkəmləndirib.

Azərbaycan operasevərlərinə yaxşı bəlli olan musiqi əsərinin budəfəki müşayiət ifaçı heyəti zəngin idi. Tamaşanın dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu rəssamı Əməkdar incəsənət xadimi Eyyub Fətəliyevdir.

Uzun illərdir bu teatrın repertuarında qalan Aida”nın rəqslərinin quruluşçusu SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadə, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Budəfəki nümayişdə əsas partiyaları Əməkdar artistlər Afaq Abbasova (Aida) Səbinə Vahabzadə (Amnerisfironun qızı) ifa edirdilər. Tamaşada Ramfisbaş kahin isə Xalq artisti Əkrəm Poladov idi.

Mütəmadi qastrolçular ilə əməkdaşlıq edib, operasevərləri fərqli ifalarla tanış edən teatr rəhbərliyi bu dəfə Radames (saray mühafizəsinin rəisi) partiyasını Manheym Milli Operasının (Almaniya) solisti İrakli Kaxidzeyə, Amonasro (Efiopiya şahıAidanın atası) partiyasını isə hazırda Almaniyada (Manheym Milli Operası) çalışan sənətçimiz, Xalq artisti Əvəz Abdullayevə həvalə etmişdi. Əli Əsgərovun öz səsi ilə  möhür vurduğu rolda isə Samsun Dövlət Opera Balet Teatrının (Türkiyə) solisti Tuncay Kurtoğlu səhnəyə çıxmışdı.

***

Memfisdə fironun sarayıdır baş kahin Ramfis baş keşikçi Radameslə rastlaşıb ona həyəcanlı bir xəbər verir. Artıq Efiopiya şahı öz qoşunları ilə yenidən Misirin sərhədlərini keçib tezliklə onun qarşısına qoşun yeritmək lazımdır. Əks halda o, paytaxtı mühasirəyə ala bilər.

Ramfis misirlilərin yürüşünə başçılıq etmək şərəfinə kimin nail olacağını allahlardan soruşmaq məqsədilə İzida məbədinə gəlir. Şöhrət arzusu ilə yaşayan Radames fikirləşir ki, əgər bu şərəf ona nəsib olarsa, doğma şəhərinin düşmənə təslim olmasına imkan verməz. firon allahların istəyini təntənəli şəkildə xəbər verir: Misir qoşunlarına Radames başçılıq edəcək! Mükafat olaraq da o, fironun qızı Amnerisdən onun köləsisevgilisi Aidanı azad etməyini istəyəcək.

Amnerisin öz xəyalları var. O, Efiopiya üzərində qələbə qazanan Radamesin gəlişini gözləyir. Düşmənin darmadağın edilməsi, gözlədiyi şəxsin qələbəsi, tezliklə baş tutacaq görüşbütün bunlar onu sevindirir. Lakin Aidanı görərkən qəlbində tərəddüd qısqanclıq hissi baş qaldırır. Aidanın sirrini öyrənmək məqsədilə fironun qızı Radamesin öldüyünü ona xəbər verir. Aida öz kədərini gizlədə bilmir sevgisinin sirri açılır. Qəzəblənmiş Amneris öz köləsini amansız intiqam alacağı ilə hədələyir. Meydandan qələbə marşının sədaları eşidilir xalq qalibi salamlayır. Aida allahdan ölüm diləyir. Axı, məhəbbətindən imtina etmək iqtidarında deyil...

İkinci pərdədə biz daha təntənə dəbdəbə ilə tərtib olunmuş səhnə görürük: meydanda Misir qoşunları coşqu ilə qarşılanır. Fironun qarşısından əsir efiopiyalılar keçir. Aman diləyən əsirlərə xalq da qoşulur. Məhz bu səhnədə xorun əzəməti zərb alətlərinin orkestr səslənməsində emosional vəziyyətin möhtəşəm təsviri alqışlarla qarşılanır...

Nəhayət, ali kahinin məsləhəti ilə firon Aidanı atasını əsir kimi saxlamağa razılıq verir. Qızını isə Radamesə ərə verir. Amneris qalibdiro, Aidanın kədərinə sevinir. Nilin sahilində, İzida məbədində Amneris Radameslə nikah bağlamağa hazırlaşır. Bədbəxt Aida sevgilisi ilə əbədi vidalaşmaq üçün onu gözləyir. Narahatdır, həm də qərarlı: ayrılığa dözmədiyindən özünü Nilə atacaq. O həm də daha görə bilməyəcəyi vətənini xatırlayır. Qəfildən atası gəlir. O, artıq qızının məhəbbətindən və Amnerislə rəqabətindən xəbərdardır. Qızından sarayla bağlı sirri öyrənməsini tələb edir. Sözsüz ki, Aida razılaşmır. Küskün ata qızını lənətləyir. Bezgin Aida məhəbbətini vətəninə qurban verməyə razı olur.

Bir tərəfdən Radames də qələbəsinə əmindir. Amma Aida onunla razılaşmır: fironun qızı onları məhv edəcək və yeganə xilas yolu Efiopiyaya qaçmaqdır. Radames isə qərar verə bilmir və sevgisinə görə vətəndən imtina ona ağır gəlir. Ancaq Aida onu məcbur edirheç nədən şübhələnməyən Radames sirri açaraq Misir qoşunlarının gedəcəyi yolu ona deyir. Amonasro çox məmnundur. Artıq efiopiyalıların qələbəsi mütləqdir. Radames dəhşət içindədir. İstəmədən vətən satqını olub. AmonasroAida onu sakitləşdirərək birlikdə qaçmağı təklif edirlər. Aldanmış aşiq razılaşmır və özünü kahinə təslim edir. Aida və atası qaçırlar. Məbədin altında Radamesin məhkəməsi qurulur. Amneris Aidadan əl çəkməsi üçün ona yalvarır, Misir tacını ona təklif edir. Amma cəsur döyüşçü öz sözünün üstündə durur. Aidaya görə o, vətəninə xəyanət edib. Fironun qızı gah Radamesdən dəhşətli qisas alacağını deyir, gah da tanrıdan onun xilasını arzulayır. Ali kahin hökm verir: xain diri-diri məbədin altında basdırılmalıdır!

...Aida sevdiyinin taleyinə şərik çıxmaq üçün onunla birlikdə ölmək istəyir. İndi heç kəs onları ayıra bilməz. Məbəddən kahinlərin səsi gəlir və biz kədərli məhəbbətin son taktı kimi vicdanının rahatlaşması üçün allahlara yalvaran şah qızını görürük...

Bitkin musiqi, zəngin tərtibat və mükəmməl böyük heyətin əməyi öz halal mükafatını – fasiləsiz alqışını alır.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 3 mart.- S.5.