Yenilik iddialı üçüncü “Baxış”

 

ATXİ-də “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın növbəti təqdimatları

 

Teatra marağı artırmaq, peşəkar səhnə vərdişləri olanlarla birgə aparmaq və həvəskarları yaradıcılıq sahələri üzrə istiqamətləndirmək teatr sənətimiz üçün ən ümdə məsələlərdəndir.

Ələlxüsus da peşəkar aktyor və elə həm də rejissor sarıdan böhran yaşayan bəzi bölgə teatrları üçün. Belə olduqda niyə ayrı-ayrı rejissoraktyor hazırlığı ilə məşğul olan uzunmüddətli kurslar, tematik müzakirələr, ayrı-ayrı üslubjanrlar üzrə oturuşmuş yaradıcılıq ənənəsi olanlar tərəfindən praktiki məşğələlər olmasın?

6-9 mart tarixlərində məhz bu təkliflərə “hə” deyənlərin bir araya gəlib, ən azı səhnə, teatr adına növbəti cəhdlərinə şahidlik etdik. Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın (laboratoriyanın bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur) “Baxış – 3” teatr festivalı keçirildi.

Budəfəki festivalın proqramında müxtəlif üslubjanrlarda 8 tamaşa yer almışdı. Səhnə əsərləri ATXİ-nin kiçikböyük səhnələrində nümayiş olundu.

Festival martın 6-da iki tamaşa ilə (ideya müəllifi və quruluşçu rejissoru Məhəmməd Verdiyev olanSonuncu güllə” və ideya müəllifi və quruluşçu rejissoru Ceyhun Zərbəliyev olan “Müsibəti-Qara”) öz işinə başladı.

ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov festival, onun məqsəd və məramı haqqında qısa məlumat verdi.  Bildirdi ki, bu kimi təşəbbüslər xüsusən gənclərdə teatra sevgimaraq yaradır. Festivalın keçirilməsində əsas məqsəd 4 ay müddətində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdır.

Xalq artisti üçüncü festivalın əlamətdar tarixi dövrə – peşəkar Azərbaycan teatrının 150 illik yubileyinə təsadüf etdiyinibu mənada onun istər tamaşaçılar, istərsə də teatr ictimaiyyəti üçün bir hədiyyə olduğunu dedi. Bildirdi ki, teatrımızın yubileyi ilə bağlı ölkə başçısı tərəfindən sərəncam imzalanması teatra və səhnə xadimlərinə diqqət və qayğının növbəti bariz nümunəsidir: “Bu diqqət, bu dəstək, sözsüz ki, teatr kimi çətin və məsuliyyətli sənətlə məşğul olan hər birimiz üçün böyük stimuldur”.

Festivalın proqramı haqqında da məlumat verən ATXİ-nin sədr müavini teatrsevərləri bu sənət bayramında yaxından iştiraka səslədi.

Festivalın ikinci günü maraqlı oldu. Turqay NarınDərzi qayçısı” (rejissor Elnur Əkbərov) Melik Cevdet Andayınİçəridəkilər” (rejissor Zeynəb Tahir) əsərləri əsasında hazırlanan səhnə aktları tamaşaçıların müzakirəsinə verildi.

8 martda da festival izləyiciləri iki səhnə əsərinə baxdılar. Əvvəlcə Toyqun Orbayın eyniadlı pyesi əsasında hazırlanan “21:15 qatarı” (rejissor Ağasəlim Feyzullayev, iştirakçılar Bahar Həmzəyeva, Rasəf Mehdiyev, Emin Sevdimalıyev və Cavid Cavadzadə) tamaşası nümayiş olundu. Sonra Gün Tuncər Cücənoğlunun sosial münasibətlərin insan həyatındakı dağıdıcı təsirindən bəhs edən “Bircə kasıb olsaydım…” tamaşası (rejissor Sevda Hacışəmiyeva, iştirakçılar  Anar Səfiyev, Aygün Fətullayeva) göstərildi.

Festivalın son günü, martın 9-da Pərvin Ünalpın “Spiral” (rejissor Könül Şahbazova, iştirakçılar Gülər Ləzgiyeva, Zeynəb Kəngərli) və ideyaquruluşu Leyla Ələsgərovaya məxsus “Trilemma” (iştirakçılar Cahan Zəkəriyyəyeva, İsmayıl Abbaszadə, Nərmin Quliyeva) tamaşaları təqdim olundu.

Martın 10-da – Milli Teatr Günündə festival çərçivəsində nümayiş olunan tamaşalarla yanaşı, ümumilikdə milli teatrımızın inkişafına töhfə verən səhnə, sənət təmsilçilərinin mükafatlandırılması da olacaq.

 

Həmidə

Mədəniyyət.- 2023.- 10 mart.- S.1;3.