Bayram ərəfəsində Vətənin qəhrəmanları unudulmur

 

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şəhid leytenant Elnur Səmədovun xatirəsinə həsr olunanNur üzlü şəhidimadlı sənədli film nümayiş etdirilib.

Abşeron rayon Mədəniyyət Mərkəzinin Novxanı kənd Sənətkarlıq klubu Abşeron rayon MKS-nin 8 saylı Novxanı kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsinin şəhid kapitanı Ceyhun Useynovun ailəsini ziyarət ediblər.

Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyi tərəfindən Qarabağ müharibəsi şəhidi Balakişi Hüseynovun (1968-1994) doğum günü münasibətilə tədbir keçirilib. Şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib. Qubadlı rayon Vasili Əliyev adına Mədəniyyət evi Mahmudlu kənd Mədəniyyət evinin hazırladığı kompozisiya təqdim olunub.

Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidləri leytenant Şükür Hacıyev əsgər Xalid Hassanın ailəsinə baş çəkiblər.

 

 

Mədəniyyət.- 2023.- 17 mart.- S.4.