Yeni adlar”da qanun tar axşamı

 

Mədəniyyət Nazirliyi tərəfindən ötən ildən həyata keçirilənYeni adlarmusiqi layihəsi davam edir. Müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Martın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında layihə üzrə növbəti konsert keçirildi.

Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər baş dirijorXalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc istedadlarrespublika beynəlxalq müsabiqələr laureatları Məhta Məhəmmədəlizadə (qanun) Rəhman Abdullayev (tar) çıxış etdilər.

Məhta Məhəmmədəlizadənin ifasında H.XanməmmədovunKamança orkestr üçün konsert” (3 hissədə), orkestrin ifasında Arif MəlikovunSehrli xalat” (1964) filminə yazdığı musiqidən fraqment, Rəhman Abdullayevin təqdimatında isə H.Xanməmmədovun “Tar orkestr üçün konsert” (3 hissədə) əsərləri alqışlarla qarşılandı.

Qeyd edək ki, Məhta Məhəmmədəlizadə 2001-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Şövkət Ələkbərova adına onbirillik Musiqi məktəbini qanun sinfi üzrə bitirib. 2022-ci ildə Azərbaycan Milli Konservatoriyasını (AMK) həmin ixtisas üzrə başa vurub. 2016-cı ildə “Bakı payızı” beynəlxalq müsabiqəsində Qran-pri mükafatı, dövlət müstəqilliyimizin bərpasının 25-ci illiyinə həsr olunmuş Respublika müsabiqəsində isə I dərəcəli diplomla təltif olunub. İfaçının adı 2018-ci ildə dövlət başçısının müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb və xüsusi aylıq təqaüdə layiq görülüb. 2020-ci ildə “World harmony” III beynəlxalq müsabiqəsində I dərəcəli diplom qazanıb.

***

Rəhman Abdullayev 1998-ci ildə Bakı şəhərində anadan olub. 28 nömrəli Musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb. 2012-ci ildən təhsilini AMK-nın tərkibində İncəsənət Gimnaziyasında davam etdirib. 2015-2019-cu illərdə AMK-da bakalavr, 2019-2022-ci illərdə isə magistr təhsili alıb. Hazırda İncəsənət Gimnaziyasında müəllim işləyir. O, 2010-cu ildə Mədəniyyət Turizm Nazirliyinin keçirdiyi II Respublika müsabiqəsində, 2013-cü ildə Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Respublika müsabiqəsində laureat adını qazanıb. 2019-cu ildə BakıdaTasteArt” II beynəlxalq müsabiqəsində I yerə, 2020-ci ildə Rusiyada təşkil edilənBeynəlxalq Art” festivalında II yerə layiq görülüb.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 29 mart.- S.1;2.