Yazıçı-publisist Nemət Veysəlli dünyasını dəyişib

 

Tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nemət Veysəlli martın 25-də, 82 yaşında vəfat edib.

Nemət Bayramalı oğlu Veysəlli 1941-ci il martın 21-də Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib.

Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Komitəsində, Azərbaycan Yazıçılar Birliyində, “Azərbaycan”, “Ulduzjurnalları, “Qobustanincəsənət toplusu redaksiyalarında çalışıb. Azərbaycan Ordusuqəzetinin cəbhə bölgələrində xüsusi müxbiri (1993-1996) kimi fəaliyyət göstərib. 2001–2006-cı illərdəMədəniyyətqəzetinin, 2007–2008-ci illərdəQarabağın səsiqəzetinin baş redaktoru olub.

Sehrkar səslər, əfsanəvi rənglər”, “Sular qovuşan yerdə”, “Sənsiz keçən illər”, “Piyadaların döyüşü”, “Mənim müharibəm”, “Geriyə yol varmı s. bədii-publisistik kitabların müəllifidir.

Dövri mətbuatda mütəmadi olaraq yazılarla çıxış edib. Müsahibələrinin birində (“Ədalətqəzeti, 27.10.2021) Vətən müharibəsindəki Zəfərdən sonra doğma yurda qayıtmaq arzusundan bəhs edərkən demişdi: “Artıq 80-i haqlamışamSadəcə, bircə istəyim var. Kəndimdəki həmin yerdə atamın, anamın ruhu dolaşan o ünvanda öz bünövrəmin üstündə gücüm çatan bir ev tikim. Daşı da özümdən, qumu da özümdən, hətta fəhləliyi özüm edərəm. Bakıda müəyyən şəraitim var, amma yaşımın bu çağında ora qayıtmaq, o evin tağbəndində oturub xəyala dalmaq, o evin pəncərəsindən ətrafa baxmaq ən şirin arzularımdandır... Kəsilən ağaclarımızın yerinə ağac da əkə bilərəm. Təki Yuxarı Veysəllidə, öz daşımın üstündə oturum...”.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2023.- 29 mart.- S.6.