Dirijor Fuad İbrahimov İspaniya Litvada çıxış edib

 

Bakı Kamera OrkestriMünhen Yeni Filarmoniyası (Almaniya) Simfonik Orkestrinin baş dirijoru Əməkdar artist Fuad İbrahimov Avropa səhnələrində çıxış edib.

Bu barədə M.Maqomayav adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından məlumat verilib.

Bildirilib ki, dirijor martın 4-də İspaniyanın “Madrid Milli Musiqi Auditoriyası”nın səhnəsində Santa-Çeçiliya Klassik Orkestrinin konsertində səhnəyə çıxıb. Proqramda alman bəstəkarları Lüdviq Van Bethovenin 8 nömrəli F-Dur, op.95 və Feliks Mendelson Bartoldinin 2 nömrəli B-Dur, op.52 simfoniyaları səsləndirilib.

Fuad İbrahimov martın 10-da isə Latviyanın paytaxtı Riqanın əsas konsert salonuBöyük Gildiya Sarayında keçirilən konsertdə Latviya Milli Simfonik Orkestrini idarə edib. Musiqi axşamında L.V.BethoveninEqmont” uvertürası, Pianoorkestr üçün 4 nömrəli G-Dur, op.58 konsertiçex bəstəkarı Antonin Leopold Dvorjakın 9 nömrəli “Yeni dünyadan” simfoniyası ifa olunub. Solisti latviyalı pianoçu Daumant Liepinşd olan konsert bu ölkənin “Radio 3” kanalında yayımlanıb.

Xatırladaq ki, F.İbrahimov 2019-cu ildə Böyük Gildiya Sarayında Latviya Milli Simfonik Orkestri ilə çıxış etmişdi.

 

Mədəniyyət.- 2023.- 29 mart.- S.5.