Paytaxtdakı teatrlardan bölgələrə sənət ərməğanı

 

Səkkiz teatr – səkkiz tamaşa

 

 

 

Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz teatrın 20-27 mart tarixlərində bölgələrə qastrol səfərləri həyata keçirilib.

Uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan, peşəkar milli Azərbaycan teatrının 150 illiyinə təsadüf edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Yuğun “Şəbədə”si Şamaxıda

Novruz bayramının ilk günündə başlayan qastrol proqramı çərçivəsində Azərbaycan Dövlət Yuğ Teatrı “Şəbədə” tamaşasını martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində nümayiş etdirib.

Böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” (1855) pyesi əsasında hazırlanan birhissəli səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. “Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!” ideyalı səhnə işində xurafatgerilik tənqid hədəfidir.

Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir. Rolları Xalq artisti Vidadi Həsənov (Ağa Mərdan), aktyorlar Elgün Həmidov (Ağa Salman), Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Amid Qasımov (Ağa Kərim), Elçin Əmirov (Əziz bəy), Mətanət Abbas (Zübeydə), Ləman Mərrih (Səkinə) və Günəş Mehdizadə (Zeynəb) canlandırıblar.

Qəbələdəki teatrsevərlər üçünPantomima buketi

Azərbaycan Dövlət Pantomima Teatrı martın 24-də “Pantomima buketi” ilə Qəbələdə  teatrsevərlərin qarşısına çıxıb.

Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, rəssamı Əməkdar artist Qurban Məsimov, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.

Nizami yurdundaYeddi gözəl”

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə Dövlət Dram Teatrının səhnəsində təqdim edib.

Premyerası 7 dekabr 2012-ci ildə gerçəkləşən tamaşanın quruluşçu rejissoru Yonas Vaytkus, quruluşçu rəssamı Arturas Şimonis, geyim üzrə rəssamı Sandra Straukayte, musiqi tərtibatçısı Alqirdas Martinaytisdir (dördüLitvadan). Xoreoqrafiya Tahir Eynullayevə, videoinstalyasiya Emin Mirabdullayevə məxsusdur. Rolları Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Maqsud Məmmədov, Murad Məmmədov, Həcər Ağayeva, Teymur Rəhimov, Mariya Dubovitskaya, Bella Safina (Klimaşeva), Oleq Əmirbəyov, Yuri Omelçenko, Natavan Hacıyeva, digər artistlər Rüstəm Kərimov, Yeganə Hüseynli, Zaur Terequlov, Ramil Əliyev, Olesya Qasımova, İoanna Ferştandt, Rumiyyə Ağayeva və başqaları canlandırıblar.

Salyan Lənkəranda marionet kukla tamaşası

Azərbaycan Dövlət Kukla Teatrı martın 22-də Salyan Dövlət Kukla Teatrının səhnəsindəMüsyö Jordan dərviş Məstəli şahmarionet tamaşasını göstərib.

M.F.AxundzadəninMüsyö Jordan dərviş Məstəli şahkomediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir. Marionet tamaşada qəhrəmanları Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Elmira Hüseynova canlandırıblar.

Paytaxtın kuklaçıları həmin gün tamaşanı Lənkəran şəhər O.Mirzəyev adına uşaq evində nümayiş etdiriblər. Tamaşadan sonra yaradıcı heyət bayram tədbirini əyləncəli oyunlarla davam etdirib. Novruzun əsas personajları Kosa Keçəl uşaq evi sakinlərinə Kukla Teatrının bayram hədiyyələrini təqdim edib.

Lənkəran xanının vəziriQusarda

Şuşa Dövlət Musiqili Dram Teatrı martın 23-də M.F.AxundzadəninLənkəran xanının vəzirikomediyası əsasında hazırlanan eyniadlı tamaşanı Qusarda nümayiş etdirib.

Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi səhnə əsəri Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində təqdim edilib.

Azərbaycan peşəkar milli teatrının ilk səhnə (1873) əsəri olan komediya hazırkı quruluşda 11 il əvvəl Şuşa teatrının repertuarına daxil edilib. Milli dramaturgiyamızın banisi Mirzə Fətəlinin 200 illik yubileyi münasibətilə hazırlanan tamaşanın premyerası 2012-ci il iyunun 25-də gerçəkləşib.

Molla Nəsrəddinin beş arvadıMingəçevirdə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti martın 23-də Mingəçevir Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim SadıqovunMolla Nəsrəddinin beş arvadı” (tərcümə D.Mustafayev) komediyasını nümayiş etdirib.

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə, Nahidə Orucova, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Mehriban Zaliyeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev oynayıblar.

Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Mürəkkəb pantomima elementlərinin icra olunduğu tamaşada Elnur Abbasquliyev, Ceyhun Dadaşov, Bəhruz Əhmədli, Elnur İsmayılov, Nurlan Rüstəmov, Əli Əlizadə, Nuridə Musabəyli, Zəhra Hüseynova, Aydan Həsənova, Elxan Şahaliyev, Elmin Qiyaslı izləyicilərə xoş anlar yaşadıblar.

Sumqayıt səhnəsindəDəcəl keçi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi daha yaxında Sumqayıtda qastrolda olub. Yaradıcı heyət martın 26-da Sumqayıt Dövlət Dram TeatrındaDəcəl keçitamaşası ilə çıxış edib.

 

Pərvin NurəliyevanınDəcəl keçiəsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov Vahid Orucoğlu canlandırıblar.

Kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan lovğalıq kimi mənfi cəhətlərin tənqididir.

Milli Dram Teatrı şəkililərin qonağı olub

Paytaxtda fəaliyyət göstərən səkkiz teatrın bölgələrə qastrol proqramı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Şəki sənətsevərlərinə təqdim etdiyiMəlikməmmədtamaşasının nümayişi ilə başa çatıb.  Kollektiv martın 27-də – Beynəlxalq Teatr Günündə “Məlikməmməd” tamaşasını nümayiş etdirib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin teatra diqqət və qayğısını əks etdirən videoçarx təqdim olunub. Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov uğurla həyata keçirilən, regionların mədəni həyatı üçün vacib əhəmiyyət daşıyan layihə haqqında danışıb, teatrın rəhbərliyi və kollektivi adından Mədəniyyət Nazirliyinə, Şəki Şəhər İcra Hakimiyyətinə və Şəki Dövlət Dram Teatrına təşəkkürünü bildirib.

Sonra məşhur xalq nağılımızın səhnə təcəssümü nümayiş olunub. Böyük maraqla qarşılanan tamaşanın quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır. Rolları Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Elçin Əfəndi, Şəhla Əliqızı, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə SüleymanovaTural İbrahimov canlandırıblar.

***

Teatrların bölgələrə qastrol səfərləri “Heydər Əliyev İli”nə sənət töhfəsi olmaqla yanaşı, yerlərdə teatrsevərlərin yaddaşına maraqlı Novruz hədiyyəsi kimi yazılıb. Uşaq və böyüklərin sənət zövqü nəzərə alınaraq hazırlanan qastrol proqramı böyük maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2023.- 29 mart.- S.1;3.