“Azərbaycanım” respublika
uşaq rəsm festivalının yeni mövsümü
Bu dəfə müsabiqənin mövzusu güllərdir
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanım” respublika uşaq rəsm festivalının yeni mövsümü başlanıb və festival çərçivəsində müsabiqə elan olunub.
Uşaq, yeniyetmə və gənclərin yaradıcılığının stimullaşdırılması və bədii zövqünün inkişaf etdirilməsi məqsədi daşıyan sayca 6-cı festival “Heydər Əliyev İli” çərçivəsində reallaşacaq.
Müsabiqəyə qatılmaq istəyən yaşı 21-dək olan şəxslər aprelin 25-dək rəsm əsərini fotosu ilə bərabər və özü haqqında müvafiq məlumatlarla resmfestival2023@gmail.com elektron ünvanına göndərə bilərlər. Ən çox 2 əsər göndərilə bilər.
Müsabiqənin mövzusu: “Güllər”. Ölçü və texnika sərbəstdir. Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası.
I turdan keçmiş əsərlər Xətai Sənət Mərkəzində sərgilənəcək. Əlavə suallarla Xətai Sənət Mərkəzinə müraciət etmək olar: 051 310 74 01 (WhatsApp).
Əsəri sərgidə nümayiş
olunan müəlliflər sertifikatla
və fəal tədris mərkəzləri (dərnək, incəsənət
məktəbi və s.) təşəkkürnamə
ilə təltif olunacaq. Hər yaş qrupu üzrə ən
yaxşı 10 əsərin müəllifi festivala
dəvət olunacaq.
Mədəniyyət.- 2023.- 31 mart.-
S.3.