Kamera orqan musiqisi zalında konsertlər

 

 Qara Qarayev tələbələri

 

Martın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera orqan musiqisi zalındaQara Qarayev tələbələriadlı orqan musiqisi axşamı keçirilib.

Konsert dahi bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918-1982) anadan olmasının 105-ci ildönümü münasibətilə gerçəkləşib.

Gecədə Əməkdar artist Töhfə Babayeva (violin), solistlər Rasimə Babayeva, Nigar Məmmədova, Səbinə Aslanova və Şəfəq Abdullayeva (hamısı orqan) çıxış ediblər.

Proqramda Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Firəngiz Əlizadə, Elnarə Dadaşova və Cəlal Abbasovun əsərləri səsləndirilib.

Fleytapiano gecəsi”

Kameraorqan musiqisi zalında “Fleytapiano gecəsi” adlı konsert də təşkil edilib.

Musiqili gecədə solistlər Nərgiz Kəngərli (piano), Mirxalid Məmmədzadə (fleyta), Kamil Hüseynzadə (zərb alətləri) və Həsən Əsədov (kontrabas) öz rəngarəng ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Ferens Listinİspan rapsodiyası cis-moll”, Frans DopplerinMacar pastoral fantaziyası D-dur, op.26”, Klod BollinqinFleytacaz piano triosu üçün süita” əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2023.- 31 mart.- S.3.