Görkəmli xanəndə Əlibaba Məmmədovun
xatirəsi anılıb
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib.
Tanınmış incəsənət xadimləri, sənətsevərlər və muğam ustadının ailəsinin də iştirak etdiyi gecədə Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi xanəndənin həyat və yaradıcılığından söz açıb.
Konsert proqramı ilə davam edən tədbirdə unudulmaz xanəndənin repertuarından muğamlar, bəstələdiyi mahnı və təsniflər səsləndirilib.
Tədbirdə əslən Cənubi Azərbaycandan
olan məşhur rəssam və xanəndə
Vədud Müəzzin Əlibaba Məmmədovun özünəməxsus
ustalıqla yaratdığı portretini sənətkarın
ailə üzvlərinə hədiyyə edib.
Mədəniyyət.- 2023.- 31 mart.-
S.3.