VerdininNabukkosu Əyyub Quliyevin dirijorluğu ilə təqdim olunub

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş dirijorumusiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev Buxarestin Milli Opera Teatrında italyan bəstəkarı Cüzeppe VerdininNabukko” operasının tamaşasını idarə edib.

Simfonik orkestrlə yanaşı xorbalet heyətinin də yer aldığı tamaşada əsas rollar Buxarest teatrının solistləri Madelen Pasku (Abiqayl), Luçian Petrean (Nabukko), Marius Boloş (Zaxariya), Oana Andra (Fenena), Andrey Petre (İzmail) və digər tanınmış müğənnilər tərəfindən ifa olunub.

Tamaşadan sonra Buxarest Milli Opera Teatrının direktoru, tanınmış dirijor Daniel Jinqa Əyyub Quliyevlə görüşüb.

Qeyd edək ki, bu ilin fevral ayında Buxarestin Milli Opera Teatrının rəhbərliyinin Bakıya səfəri zamanı iki opera teatrı arasında qarşılıqlı əməkdaşlıq barədə saziş imzalanıb.

 

Mədəniyyət.- 2023.- 3 may.- S.3.