ADMİU-da kadr hazırlığı prosesi ilə tanışlıq

 

Aprelin 29-da mədəniyyət naziri Adil Kərimli və Mədəniyyət Nazirliyinin əməkdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb. 2023-cü ilin  100 illik yubileyini qeyd edən universitet üçün əlamətdar olduğunu vurğulayan rektor naziri son illərdə ali məktəbin fəaliyyətindəki yeniliklərlə tanış edib.

Teatr sənəti, Rəssamlıq fakültələri Audiovizual sənətlər fakültəsinin studiyası ilə tanış olan Adil Kərimli dekanlarla fikir mübadiləsi aparıb.

Daha sonra qonaqlar ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında Əməkdar artist Nofəl Vəliyevin quruluş verdiyi Bertolt Brextin “Teresa Karranın tüfəngləritamaşasına baxıblar.

 

Mədəniyyət.- 2023.- 3 may.- S.3.