Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış
məntəqəsindən sərbəst keçid
təmin olunub
Azərbaycanın Laçın rayonunda, Laçın-Xankəndi yolunun başlanğıcında aprelin 23-də qurulan sərhəd-buraxılış məntəqəsindən insanların və avtomobillərin sərbəst keçidi təmin olunub.
Nəzarət-buraxılış məntəqəsində xidmətlə bağlı yayılan kadrlardan göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq, nizam-intizamla və nəzakətli şəkildə təşkil edilir. Azərbaycan sərhədçiləri vəzifələrinin icrasında yüksək peşəkarlıq nümayiş etdirirlər.
Beləliklə, Ermənistan rəsmilərinin Laçın yolunun “blokada”sı ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil. Sərhəd-keçid məntəqəsində təhlükəsizliyə və hərəkətə nəzarət tam təmin edilib, insanların qayda-qanun çərçivəsində sərhədi keçməsi ilə bağlı heç bir problem müşahidə olunmur.
Bu, bir daha
göstərir ki, Azərbaycanın sərhəddə
nəzarət-buraxılış məntəqəsi
yaratmasının məqsədi heç də
Ermənistan tərəfinin iddia etdiyi kimi, hərəkəti
məhdudlaşdırmaq deyil, əksinə,
Laçın-Xankəndi yolunda avtomobillərin
və insanların təhlükəsiz hərəkətini
təmin etmək, ölkəmizin ərazisinə qeyri-qanuni daşımaların
qarşısını almaqdır.
Mədəniyyət.- 2023.- 3 may.-
S.1.