Bakı Xoreoqrafiya Akademiyasının buraxılış-hesabat konserti

 

Bakı Xoreoqrafiya Akademiyası (BXA) orta ixtisas təhsili pilləsi məzunlarının Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində Beynəlxalq Rəqs Gününə (29 aprel) həsr olunmuş buraxılış-hesabat konserti keçirilib.

Konsertdə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, mədəniyyət xadimləri, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Konsertdə BXA-nın tam orta təhsil pilləsi şagirdlərinin, orta ixtisas təhsili pilləsi məzun və tələbələrinin ifasında P.ÇaykovskininYevgeni Onegin” operasından polonez, A.QlazunovunRaymonda” baletindən divertisment, xalq musiqisiBayram süitası”, C.CahangirovunLirik rəqs”, F.ŞopeninPrelüd variasiyası”, acar rəqsi “Qandaqan”, xalq musiqisiQafqaz rəqsi”, Ə.Bədəlbəylinin “Qız qalası” baletindən adajio, xalq musiqisiQaval ilə rəqs” və digər əsərlər təqdim olunub.

Buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadədir.

 

Mədəniyyət.- 2023.- 3 may.- S.5.